Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə314/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   310   311   312   313   314   315   316   317   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

313



Bəzən istintaq orqanları  işçiləri tərəfindən meyitin tanınması 

onun paltarlarının və ya onunla olan əşya və sənədlərin tanınması ilə 

əvəz olunur. Texnogen və təbii fəlakətlərdə kütləvi qırğın nəticəsində 

çoxsaylı meyitlər olduqda bu əşyaların təqdim olunması daha 

məqsədəuyğundur. Lakin bu hal həlak olanın  şəxsiyyətini gümanla 

təyin olunmasına imkan verə bilər. Meyitlə birlikdə tapılmış əşya və 

sənədlərin tanınmasına onların müəyyən  şəxsə  mənsub olmasının 

sübutu kimi baxmaq olar, ancaq onlar şəxsiyyəti identifikasiya etmir. 

Kriminalistikada maraqlı şəxslər tərəfindən istintaqı yalan istiqamətə 

yönəltmək üçün müxtəlif vasitələrdən meyitlərin geyiminin və 

sənədlərin dəyişdirilməsi barəsində məlumatlar vardır. 

Kriminalistik  ədəbiyyatda təkrar tanınmaya təqdim etmə 

məqsədəuyğun hesab olunmur. Qanuna görə şəxsin eyni şəxs və eyni 

bir əlamətlər ilə təkrar tanınmasına yol verilmir.  

Meyitlərin təkrar tanınmasına qanun yol verir. Bu zaman meyiti 

tanıyan şəxsin psixi vəziyyəti, istintaq hərəkətini və öz məsuliyyətini 

tam dərk etməməsi nəzərə alınır. Heç də hamı öz yaxın qohumunun 

ölüm faktını görməyə  və göstərməyə psixi cəhətdən hazır olmur. 

Təkrar tanınmanın keçirilməsi ilkin istintaq hərəkətində yol verilmiş 

prosessual və taktiki səhvlər zamanı (məsələn, işıqlanmanın kifayət 

qədər olmaması) və ya yalandan tanıma və ya tanımamağa  əsas 

olduqda məqsədəuyğundur. Hərbi münaqişələr, təbii və texnogen 

fəlakətlər zamanı tanınmaya təqdim etmədə spesifik şərtlər yaranır. 

Bütün bunlar məhkəmə tibbi xidmətlə hüquq mühafizə orqanlarının 

qarşılıqlı  hərəkətinə digər yanaşma, yeni iş metodlarının tətbiq 

olunmasını  tələb edir. Bunların arasında vizual tanınmaya yararlı 

meyitlərin ayrılması birgə istintaq ekspert qrupunun, məhkəmə tibbi 

xidmət qərargahı strukturunda xüsusi tanınma bölməsinin 

yaradılması,  əşya və paltarların göstərilməsi ilə  həlak olmuşların 

şəkilləri olan stend və vitrinlərin yaradılması xüsusi əhəmiyyət kəsb 

edir. 

Canlı  şəxsin tanınmasında istintaq hərəkətindən  əvvəl tanınan 



şəxsə təqdim olunan (üçdən az olmamaqla) şəxslər arasında hər hansı 

bir yer tutmağı  təklif olunur və protokolda müvafiq qeydiyyat 

aparılır. Tanıyan  şəxsin təhlükəsizliyini təmin etmək üçün 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   310   311   312   313   314   315   316   317   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin