Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə322/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   318   319   320   321   322   323   324   325   ...   516
 

Şakir Musayev  

 

322



12.2. Dəfn işlərinin və yerinin təşkili. 

Dəfn adətləri. 

 

Ekshumasiyaya hazırlıq və onun aparılmasında ölkəmizdə 



mövcud olan dəfn işlərinin təşkili qayda-qanunlarını və milli adətləri 

nəzərə almaq lazımdır. Dəfn etmə - ölümdən sonra şəxsin meyitinin 

basdırılması - adət hərəkətidir. Dəfn etmə – bədənin (onun 

qalıqlarının) torpağa verilməsi (qəbirdə basdırma), suya verilməsi 

(suda basdırma) və yandırılması (kremasiya və sonradan kül olan 

qabın basdırılması) yolu ilə həyata keçirilə bilər. 

Dəfn etmə yerləri mənsubiyyətinə görə – dövlət, bələdiyyə, adətə 

görə – ictimai, etiqad üzrə, hərbi, tarixi-mədəni  əhəmiyyətli, tarixi-

memorial ola bilər.  

İctimai qəbiristanlıqda ölənin öz vəsiyyəti əsasında, dəfn işlərini 

təşkil edən xüsusi xidməti qurumun qərarı ilə (əgər meyit qohumları 

tərəfindən tələb olunmursa) meyitlər basdırılır.  İctimai qəbiristanlıq 

icra hakimiyyəti və yerli özünü idarəetmə orqanlarının nəzdində ola 

bilər. Bununla əlaqədar olaraq qəbiristanlığın fəaliyyətini 

tənzimləyən  qaydalar olur. İctimai qəbiristanlıqda basdırılmada dini, 

hərbi və digər adət-ənənələri nəzərə almaq lazımdır. Ölkə  əhalisinə 

ictimai qəbiristanlıqda ailəvi basdırılmaq üçün yer verilə bilər. 

Etiqadı üzrə olan qəbiristanlıqda eyni dinə etiqad edən  şəxslər 

basdırılır. Onlar yerli idarə orqanları  nəzdində ola bilər və buna 

əsasən müvafiq dini birliklər onların fəaliyyətini tənzimləyirlər.  

Kənd yerlərində ictimai və etiqada görə olan qəbiristanlıqların  

fəaliyyətini vətəndaşlar özləri icra edir. 

Hərbi qəbiristanlıq ölmüş (həlak olmuş) hərbiçilərin, hərbi 

təlimdən çağırılmışların, daxili işlər orqanları  işçilərinin və  hərbi 

xidmətdən təxlis olunanların meyitlərinin basdırılması üçün (onların 

yaxın və qohumlarının iradəsinə zidd deyilsə) nəzərdə tutulur. Hərbi 

qəbiristanlıqlar da icra hakimiyyəti orqanları  və yerli idarə etmə 

orqanlarının nəzdində ola bilər. 

Dəfn olunmanın bir qanuni növü də kremasiya olunmuş 

meyitlərin külünün torpağa və ya divara (hüzn divarı) basdırılmasıdır. 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   318   319   320   321   322   323   324   325   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin