Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
321
• meyitlərin ilkin patoloji və məhkəmə tibbi müayinəsinin
natamam aparılması və hüquq mühafizə orqanlarında müayinəyə
əsaslı şübhə yarandıqda;
• meyit basdırıldıqdan sonra istintaq üçün yeni halların
meydana çıxması və təkrar məhkəmə tibbi müayinənin
keçirilməsinə tələb olunan hallarda. İlkin müayinəyə görə öz əksini
tapmayan, iş üçün zəruri olan müqayisəli tədqiqat üçün
nümunələrin götürülməsinə zərurət yarandıqda;
• meyitin tanınmasına zərurət yarandıqda;
• meyitin həqiqətən basdırıldığı yerdə olmasının
yoxlanılmasında;
• meyitlə birlikdə basdırılmış əşyaların götürülməsinə zərurət
yarandıqda.
Meyitin qəbirdən çıxarılması zərurəti olduqda müstəntiq ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında
meyitin qəbirdən çıxarılmasına icazə olması üçün məhkəməyə
təqdimatla müraciət edilməsi haqqında əsaslandırılmış vəsatət
qaldırır. Meyitin qəbirdən çıxarılması yalnız məhkəmənin qərarı
əsasında həyata keçirilir (CPM, maddə 237.1). Məhkəmə tibb
eksperti ekshumasiyaya bütün hallarda cəlb olunur.
|