Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə329/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   325   326   327   328   329   330   331   332   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

329



12.4. Meyitin ekshumasiyasının 

keçirilməsi və onun nəticələrinin tərtib edilməsi 

 

Qanunvericiliyə görə meyitin basdırıldığı yerdən çıxarılmasını 



müstəntiq hal şahidlərinin iştirakı ilə həyata keçirir. Hal şahidlərinin 

təhlükəsizliyinin təmin olunmadığı, istintaq yerinin çətin  əlçatmaz 

yerdə yerləşdiyi hallarda müstəntiq hal şahidlərini dəvət etməyə  

bilər. 


İstintaq hərəkəti prosesində  və ondan dərhal sonra CPM-nin 

tələblərinə uyğun olaraq müstəntiq protokol tərtib edir. 

Ekshumasiyadan  əvvəl müstəntiq istintaq hərəkətinin məqsədini 

iştirakçılara bildirir. İştirakçılarının hüquqları, vəzifələri

məsuliyyətləri onlara izah edilir və protokolda müvafiq qeydlər 

aparır. Protokolda ekshumasiyanın vaxtı, yeri, iştirakçıları barədə 

qeyd edildikdən sonra istintaq hərəkətinin bütün mərhələləri dəqiq 

fiksə olunur. Protokolda təsvir istintaq hərəkətinin keçirilmə 

ardıcıllığına uyğun aparılır. Qəbirin xarici görünüşü, meyitin və ya 

tabutun qəbirdə  vəziyyəti, meyitin tabutda vəziyyəti və  həmçinin 

ekshumasiya iştirakçılarının bütün hərəkətləri qaydaya müvafiq 

olaraq dəqiq və ardıcıl foto və video vasitəsilə sənədləşdirilir.  

Hər  şeydən  əvvəl qəbrin yerləşdiyi yer müəyyənləşdirilir. Onun 

xarici görünüşü, vəziyyəti, torpaq səthi və bitki örtüyü təsvir olunur. 

Çökəklik və  təpəciklərin olması, qəbir üstü tikililər (qəbir üstü 

lövhələr, abidələr, onların üzərində olan yazılar) qeyd olunur. 

Yazıların bilərəkdən dəyişdirilməsi nəzərə alınmalıdır. Meyitlərin 

kriminal gizlədilməsi və kütləvi basdırılma yerlərində ekshumasiya 

olunduğu hallarda meyitin basdırılma yeri adətən dəqiq bilinmir. Bu 

zaman qəbir çalalarının sərhədlərinin müəyyən olunması üçün 

kəsişən səngərlər qazılır. Qəbir üstü daşların və torpağın götürülməsi, 

xüsusən də meyitin qəbirdən çıxarılması ehtiyatla olmalıdır. Meyitə 

və onun hissələrinə  təsadüfi zədə yetirmək olmaz. Torpaq qat-qat 

ayaqdan başa tərəf götürülür (meyitin torpaqda pozası məlumdursa). 

Protokolda torpağın qatlarla vəziyyəti, rəngi, rütubətliyi, dənəvərliyi, 

donması qeyd olunur.  





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   325   326   327   328   329   330   331   332   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin