Şakir Musayev
328
alətləri, troslar, qarmaqlar, qəbirdən suyu soran pompalar) və meyitin
daşınması üçün nəqliyyatı ayırmaqdır.
Əgər ekshumasiyada mərhumun qohumları iştirak edirsə, ictimai
təhlükəsizliyi təmin etmək üçün konkret şəraitdən asılı olaraq istintaq
hərəkəti yerində tibbi personal, hüquq-mühafizə orqanları, ictimai və
dini orqan nümayəndələri iştirak edir. İstintaq hərəkəti və meyitin
müayinə yerini mühafizə etmək üçün əməliyyat işçiləri dəvət oluna
bilər.
İzahat vermək üçün meyitin ilkin müayinəsini aparmış patoloq
anatom və məhkəmə tibb eksperti də istintaq hərəkətinə cəlb oluna
bilər.
Basdırılma yerində hər bir hərəkət (o cümlədən prosessual)
sanitar və ekoloji qayda normaları ilə icra olunduğuna görə
qəbiristanlıqda ekshumasiyanı aparmaq üçün sanitar təhlükəsizliyi
məqsədilə yerli dövlət sanitar epidemioloji nəzarətin icazəsi zəruridir.
Lazım olduqda dövlət sanitar-epidemioloji nəzarət mütəxəssisləri
istintaq hərəkətinə cəlb oluna bilər.
|