Şakir Musayev
336
məşğul olan fiziki və hüquqi şəxslər qanunvericilikdə müəyyən
edilmiş qaydada məsuliyyət daşıyır. Transplantasiyaya aid reklama
qanunvericilikdə müəyyən edilmiş qaydaya uyğun yalnız tibb və
əczaçılıq sahəsində və ixtisaslaşmış mətbuat orqanlarında yol verilir.
İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında
Azərbaycan Respublikasının Qanununda (maddə 2) transplantasiya
obyektləri ola bilən orqan və (və ya) toxumaların siyahısı qeyd edilir.
Bunlara ürək, ağ ciyər, böyrəklər, ürək – ağ ciyər kompleksi, qara
ciyər, sümük iliyi, mədəaltı vəzi və onların seqmentləri, gözün
buynuz qişası və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilən digər orqan və (və ya) toxumalar aiddir. Orqan və
toxumaların transplantasiyası qanunu insanın nəsil artırma prosesinə
aid olan orqanlara aid deyil. Buraya reproduktiv toxumalar (yumurta
hüceyrələri, sperma, xayalar), həmçinin qan və onun komponentləri
aid deyil. Onlara transplantasiya obyekti kimi baxılmır.
Canlı şəxslərdən orqan və (və ya) toxumaların götürülməsi
aşağıdakı hallarda qadağandır:
1. Donorun yaşı 18-ə çatmamışdırsa (sümük iliyinin köçürülməsi
istisna olmaqla) ;
2. Şəxs anlaqsızdırsa;
3. Əgər nəzərdə tutulmuş şəxsin həyatı üçün və resipiyentin
sağlamlığı üçün təhlükəli olan xəstəlik aşkar edilmişsə;
4. Şəxs resipiyentdən xidməti və ya hər hansı bir formada
asılıdırsa.
Canlı donordan orqan və (və ya) toxumaların götürülməsinə
məcburi razılığın alınmasını həyata keçirən şəxs qanunla müəyyən
edilmiş qaydada məsuliyyəti daşıyır. Canlı şəxsdən orqan və (və ya)
toxumaların götürülüb hazırlanması yalnız dövlət səhiyyə idarələri
tərəfindən həyata keçirilə bilər. Buna xüsusiləşmiş səhiyyə
idarələrində icazə verilir və onların sayı təsdiq olunmalıdır. Canlı
donordan resipiyentə transplantasiya olunması üçün orqan və
toxumaların götürülməsi zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır:
1. Donor qarşıda duran cərrahi müdaxilə, orqan və (və ya)
toxumalarının götürülməsi ilə bağlı sağlamlığı üçün baş verə biləcək
ağırlaşmaların mahiyyəti ilə tanış olmalıdır;
|