Şakir Musayev
338
ƏLAVƏLƏR
1. Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında
Azərbaycan Respublikasının QANUNU
Bu qanun Azərbaycan Respublikasında dövlət məhkəmə
ekspertizası fəaliyyətinin (bundan sonra - məhkəmə ekspertizası
fəaliyyəti) hüquqi, təşkilati əsaslarını və başlıca istiqamətlərini
müəyyən edir, məhkəmə ekspertizasının təşkili və aparılması zamanı
yaranan ictimai münasibətləri nizamlayır.
Məhkəmə ekspertizası Azərbaycan Respublikası məhkəmələrinin
səlahiyyətinə aid olan mülki, cinayət və digər işlər üzrə icraat zamanı
həyata keçirilir.
Dostları ilə paylaş: |