Maddə 3. Məhkəmə ekspertizası fəaliyyətinin vəzifəsi
Məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika,
incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında
sübut
əhəmiyyətinə malik olan faktiki halların
müəyyənləşdirilməsindən ibarətdir.
Maddə 4. Məhkəmə ekspertizası fəaliyyətinin prinsipləri
Məhkəmə ekspertizası fəaliyyəti insan və vətəndaş hüquqlarının
və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin
müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə
edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və
tamlığı prinsiplərinə əsaslanır.
Dostları ilə paylaş: |