Maddə 7. Tədqiqatın obyektivliyi, hərtərəfliliyi və tamlığı
Ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi
əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır.
Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və
hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına
imkan verən müddəalara əsaslanmalıdır.
Maddə 8. Ekspert tədqiqatının obyektləri
Ekspert tədqiqatının obyektləri maddi sübutlar, sənədlər,
müqayisəli tədqiqat üçün nümunələr, əşyalar, canlı insan və onun
psixi vəziyyəti, heyvanlar, meyitlər və onların hissələri, həmçinin
əsasında məhkəmə ekspertizası aparılması üçün zəruri olan iş
materiallarıdır.
Canlı insanın, meyitin, heyvanın, əşyanın, cismin, materialın və
ya maddənin xüsusiyyətlərini əks etdirən (əlamətlərini daşıyan)
obyektlər, həmçinin ekspertin tədqiqat aparması və rəy verməsi
|