Xülasə Bu işdə proqram mühəndisliyinin elmi, mühəndis və təcrübi istiqamətdə sistemli təhlili verilmişdir. Proqram



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix25.05.2022
ölçüsü1,19 Mb.
#59411
növüXülasə
  1   2   3   4   5   6   7


―Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri‖ I respublika konfransı, Bakı, 17 may 2017-ci il 
10 
Proqram Mühəndisliyinin Elmi-Nəzəri Əsasları 
Haqqında 
Tofiq Kazımov
1
, Tamilla Bayramova

AMEA Ġnformasiya Texnologiyaları Ġnstitutu, Bakı, Azərbaycan 
1
tofig@mail.ru, 
2
tamilla@iit.ab.az 
 
 
Xülasə— Bu işdə proqram mühəndisliyinin elmi, mühəndis və 
təcrübi istiqamətdə sistemli təhlili verilmişdir. Proqram 
mühəndisliyinin həyat dövrü proseslərinin işlənilməsi üçün 
SWEBOK biliklər bazasının, standartların, infrastrukturun və 
menecmentin 
rolu 
əsaslandırılmışdır. 
Hazır 
proqram 
komponentlərindən istifadə edərək proqram məhsullarının 
işlənilməsinin mühəndis və təcrübi aspektləri araşdırılmışdır.
Açar sözlər proqram mühəndisliyi, proqram mühəndisliyinin 
elmi-nəzəri 
əsasları, mühəndislik fənni, proqramlaşdırma 
metodları, təkrar istifadə edilən komponentlər, baza prosesləri, 
infrastruktur, standartlar 
I. 
GĠRĠġ 
Proqram mühəndisliyi (PM) proqram təminatının (PT) 
iĢlənməsi, istifadə və müĢaiyət edilməsinə sistematik
intizamlı, ölçülə bilən yanaĢmanın tətbiq edilməsidir [1].
Ġlk dəfə Software Engineering termini 1968-ci ildə NATO-
nun, üçüncü nəsil hesablama texnikasının tətbiqi nəticəsində 
―proqram təminatında yaranmıĢ böhrana‖ həsr edilmiĢ 
konfransında irəli sürülüb [2]. Elə həmin ildə Londonda PT-
nin iĢlənilməsi üzrə 22 layihə rəhbərinin görüĢündə PT-nin 
problem və perspektivləri müzakirə edildi və ilk dəfə PT-nin 
həyat dövrü (SLC – Software Lifetime Cycle) konsepsiyası 
irəli sürüldü. 1970 ildə U.U.Roys (W.W.Royce) belə bir fikir 
irəli sürdü ki, həyat dövrünün mərhələləri üzərində nəzarətin 
olması PT-nin keyfiyyətini artırmağa və onun iĢlənilməsinə 
çəkilən xərcləri azaltmağa imkan verəcək [3]. 
Mürəkkəb sistemlərin həyat dövrü sistemin yaradılması 
ideyasından baĢlayır, tələblərin təyin edilməsi, layihələndirmə, 
proqramlaĢdırma, sınaq, tətbiq edilmə, sistemin müĢayiət 
edilməsi və istismardan çıxarılması ilə sona çatır. Sistemin 
həyat dövrü modelini ardıcıl yerinə yetirilən mərhələlərə 
bölürlər. Hər mərhələdə onda yerinə yetiriləcək proseslər, 
məsələlər və iĢlər göstərilir, standartlar və istifadə ediləcək 
metodlar təyin edilir.
Əgər PT-nin yaradılması sistemsiz və nizamlanmamıĢ 
proses olarsa keyfiyyətli proqram təminatını iĢlənilməsindən 
danıĢmaq olmaz. Ciddi reqlamentləĢdirilmiĢ proseslərin tətbiqi 
keyfiyyətli proqram təminatının yaradılmasında ilk addımdır. 
PM-in 
əsas məqsədi PT-nin istehsalı prosesini 
dəstəkləmək, maksimal effektivliyə və keyfiyyətə nail olmaq 
üçün vasitə, metod və nəzəriyyələrin iĢlənilməsindən ibarətdir 
[4].
Aparat platformalarının fasiləsiz Ģəkildə inkiĢaf etməsi, 
eyni zamanda, onların sənaye və istehsalatın müxtəlif 
sahələrində tətbiqinin getdikcə artması proqram təminatına 
olan tələbatı daha da artırır. Bununla yanaĢı, proqramlaĢdırma 
texnologiyaları da dayanmadan inkiĢaf edir. 
II. 
PROQRAM
MÜHƏNDĠSLĠYĠNĠN
NƏZƏRĠ
ƏSASLARI 
Proqram mühəndisliyi hansı sahəyə daha yaxındır: sənət, 
elm və ya mühəndislik?

sənət

xidmət göstərmək və məmulatların hazırlanması 
üçün ənənəvi üsulları tətbiq edir və bu həm də fərdi 
yaradıcılıq qabiliyyətidir; 

elm 

tədqiqatlar vasitəsilə toplanmıĢ bilikləri və 
ixtiraları yığır, yoxlayır və sənədləĢdirir; 

mühəndislik 

texniki məmulatların iĢlənilməsi və 
hazırlanması üçün bilikləri və elmi cəhətdən 
əsaslandırılmıĢ metodları tətbiq edir. 
Ġlk illərdə proqramlaĢdırma bir adamın yaradıcı əməyi 
olduğundan onu sənət hesab etmək olardı. Lakin hal-hazırda 
proqram mühəndisliyinin uğur qazanması üçün PT-nin 
təkamülünün müxtəlif aspektləri haqqında biliklərin olması 
zəruridir: texnologiyalar (avadanlıq, əməliyyat sistemləri, 
proqramlaĢdırma dilləri), tələblərin iĢlənilməsi, arxitekturun 
layihələndirilməsi, proqramın kodunun keyfiyyətinin təmin 
edilməsi, onun inteqrasiya və verifikasiya məsələləri, proqram 
sistemlərinin modifikasiya və təkmilləĢdirilməsi, iĢin təĢkili, 
konkret fənn sahəsi üzrə biliklərin olmas, PT-nin sosial və 
iqtisadi aspektləri, proqram mühəndislərinin etik normaları, 
marketinq və sahibkarlıq.
Bütün bu göstərilən məsələlərin həlli üçün yeni metodlar 
lazımdır və nəzəriyyəni bilmədən bunları həyata keçirmək 
mümkün deyil. Ona görə də demək olar ki, PM bir fənn kimi 
özündə həm elmi, həm də mühəndislik biliklərini 
birləĢdirməlidir.
Proqram 
mühəndisləri 
proqram 
sistemlərinin 
layihələndirilməsi və iĢlənilməsi zamanı həm elmi (riyazi, 
iqtisadi və sosial), həm də təcrübi biliklərdən istifadə edirlər. 
Son illərdə proqramların konveyer prinsipi əsasında hazır 
modullardan (reuse, application, asset provision və s. kimi) 
yığılmasına 
baĢlanmıĢdır. 
Proqram 
məhsullarının 
avtomatlaĢdırılma vasitələri kimi instrumental-texnoloji 
sistemlər və mühitlərdən istifadə edilir [5]. 
Məlumdur ki, istənilən elm digər elm sahələri ilə qarĢılıqlı 
əlaqəlidir. Proqram mühəndisliyi mühəndislik, informatika və 
riyaziyyatın qarĢılıqlı inteqrasiyasından ibarətdir. Onun 
DOI: 10.25045/NCSoftEng.2017.01



Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin