Şakir Musayev
342
- rəy verilməsi üçün bu idarənin əməkdaşı olmayan şəxslərin
zəruri biliyinə ehtiyac yarandıqda, onların ekspert qismində iştirakı
barədə məhkəmə ekspertizasını təyin etmiş orqan və ya şəxs
qarşısında vəsatət qaldırmaq;
- məhkəmə ekspertizasının təyin olunması haqqında qərarda
(qərardadda) göstərilmiş digər idarələrin iştirakı ilə məhkəmə
ekspertizası aparılmasını təşkil etmək.
Məhkəmə ekspertizası idarəsinin rəhbərinə aşağıdakıları etmək
qadağandır:
- məhkəmə ekspertizasının təyin edilməsi haqqında qərar
(qərardad) olmadıqda, məhkəmə ekspertizasının aparılması üçün
zəruri olan tədqiqat obyektlərini və iş üzrə materialları tələb etmək;
- məhkəmə ekspertizasını təyin etmiş orqanla və ya şəxslə
razılaşdırmadan müstəqil olaraq bu idarənin əməkdaşı olmayan
şəxsləri ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb
etmək;
- ekspertə konkret məhkəmə ekspertizası üzrə tədqiqatın
gedişatına təsir edən və onun nəticələrinin məzmununu müəyyən
edən göstərişlər vermək.
Dostları ilə paylaş: |