Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
341
üçün zəruri olan digər nümunələr müqayisəli tədqiqat üçün
nümunələr hesab edilir.
Məhkəmə ekspertizası aparılarkən tədqiqat obyektləri
ekspertizanı təyin etmiş orqanın və ya şəxsin müvafiq razılığı
əsasında yalnız tədqiqat aparılması və rəy verilməsi üçün zəruri olan
ölçüdə zədələnə və ya istifadə oluna bilər. Həmin razılıq məhkəmə
ekspertizasının təyin edilməsi barədə qərarda (qərardadda) və yaxud
müvafiq məktubda göstərilməlidir.
Tədqiqat obyektini məhkəmə ekspertizası idarəsinə gətirmək
mümkün olmadıqda, hadisə yerində və ya tədqiqat obyektinin olduğu
yerdə tədqiqat aparılması zərurəti yarandıqda, ekspertizanı təyin
etmiş orqan və ya şəxs obyekt üzərində ekspert tərəfindən tədqiqatın
aparılması üçün şərait yaratmalıdır.
Məhkəmə ekspertizası başa çatdırıldıqdan sonra tədqiqat obyekti
ekspertizanı təyin etmiş orqana və ya şəxsə qaytarılmalıdır.
Dostları ilə paylaş: |