və azadlıqlarına əməl olunmalıdır.
Şakir Musayev
340
qaydada məhkəmə ekspertizası idarəsinin rəhbərinə və ya
məhkəməyə şikayət edə bilər.
Maddə 6. Ekspertin müstəqilliyi
Məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun
məhkəmə ekspertizasını təyin etmiş orqandan və ya şəxsdən,
tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı
asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına
əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir.
Məhkəmələr (hakimlər), təhqiqat aparan şəxs, müstəntiq,
prokuror, habelə digər dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı
şəxslər tərəfindən proses iştirakçılarından hər hansı birinin
maraqlarına cavab verən və ya digər şəxslərin xeyrinə olaraq rəy əldə
etmək məqsədilə ekspertə hər hansı formada təsir göstərilməsi
qadağandır.
Ekspertə təsir göstərilməsində təqsirkar olan şəxs Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
məsuliyyət daşıyır.
Dostları ilə paylaş: