Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
335
transplantasiya məqsədi ilə götürülməsi müvafiq səhiyyə idarəsinin
baş həkimi və məhkəmə tibb ekspertinin icazəsi ilə olmalıdır. Meyitin
məhkəmə-tibb ekspertizası zəruridirsə, orqan və toxumaların
götürülməsinə icazə, prokuroru xəbərdar etməklə, yalnız məhkəmə-
tibb eksperti tərəfindən verilə bilər. Göründüyü kimi qanunvericilik
məhkəmə tibbi ekspertinin üzərinə böyük məsuliyyət qoyur və ondan
transplantologiya xidmətinin qanuni əsaslarını bilməyi tələb edir.
Qanuna görə şəxs sağlığında donorluğa yazılı razılığını bildiribsə,
mərhumun yaxın qohumları və ya qanuni nümayəndələrinin icazəsi
ilə onun orqan və toxumalarının transplantasiya məqsədi ilə
götürülməsinə yol verilir. Şəxs sağlığında donorluğundan yazılı
imtina edibsə, ölümündən sonra ondan transplantasiya məqsədilə
orqan və (və ya) toxumaların götürülməsinə yol verilmir. Orqan və
toxumalar transplantasiya məqsədi ilə yalnız bioloji ölüm faktını və
baş beyin fəaliyyətinin tam dayanmasını həkimlərin konsiliumu
tərəfindən şərtsiz təsdiq olunması zamanı götürülə bilər.
Transplantasiya məqsədi ilə meyitdən və ölüm vəziyyətində olan
şəxslərdən orqan və toxumaların götürülməsi vaxtını qanun müəyyən
edir. Qanuna görə ölümün qeydə alınması ürək-damar, tənəffüs,
mərkəzi sinir sistemlərinin funksiyalarının dayanması ilə deyil,
bioloji ölümün baş verməsi və baş beyin fəaliyyətinin tam dayanması
(beyin ölümü) ilə müəyyən edilir. Beyin ölümü diaqnozu səhiyyə
nazirliyinin xüsusi təlimatında göstərilmişdir. Donorun ölüm aktının
təsdiqində transplantoloqların və ya transplantologiya işinin
təşkilində briqada üzvlərinin hər hansı birinin donorun ölüm aktının
təsdiqində iştirakı qəti qadağandır. Orqan və toxumaların
trasplantasiya qaydasına müvafiq olaraq məhkəmə tibb eksperti canlı
şəxslərin məhkəmə tibbi ekspertizası zamanı canlı donorlardan da
orqan və toxuma götürülməsinə icazə verə bilər. Canlı şəxsdən orqan
və toxumaların götürülməsinə o hallarda icazə verilir ki,
mütəxəssislərin konsiliumunun rəyinə görə donor şəxsin sağlamlığına
kəskin zərər yetirilmir. Konsiliuma cəlb edilmiş həkim mütəxəssislər
şəxsin sağlamlığına hansı zərər yetirilməsi və onun nəticələri barədə
məsuliyyət daşıyırlar. Qanuna görə insan orqan və (və ya)
toxumalarını alqı-satqı obyekti ola bilməz. Onların alqı-satqısı ilə
|