Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə334/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   330   331   332   333   334   335   336   337   ...   516
 

Şakir Musayev  

 

334



Obyektin zədələnməsi və  dəyişilməsinin  ən çox rast gəlinən növü 

meyitlərin təşrihi, meyitdən diaqnostika və müqayisəli tədqiqat 

məqsədilə toxuma və orqanların götürülməsidir.  

Basdırılma və  dəfn işlərinə görə meyitin müayinəsi zamanı 

mərhumun bədəni ilə bağlı bütün hərəkətlər onun yaxınlarının 

arzularına uyğun həyata keçirilməsinə böyük zərurət yaranır. 

Mərhumun sağlığında razılığı qismində qanun onun şahidlərin 

yanında  şifahi və yazılı formada arzularını  nəzərə alır. Mərhumun 

sağlığında iradəsi predmetinə misal olaraq onun patoloji anatomik 

müayinəyə, orqan və toxumalarının götürülməsinə razılığı ola bilər. 

Mərhumun sağlığında razılığı olmadığı halda qanun meyitdə müayinə 

və diaqnostika ilə bağlı müvafiq hərəkətlərə onun həyat yoldaşının, 

yaxın qohumlarının (uşaqları, valideynləri, doğma bacı-qardaşları, 

nəvələri və s.), digər qohumlarının razılığı ilə icazə verir. Qohumlar 

olmadıqda mərhumun qanuni nümayəndəsi və ya mərhumun 

basdırılmasını üzərinə götürən  şəxs bu məsələni müvafiq qaydada 

həll edə bilər. Lakin mərhumun meyitinə göstərilən nümunəvi 

münasibət onun ölümündən sonra şərtsiz deyil. Şəxs sağlığında 

meyitinin təşrih olunmasından imtina etməsi məhkəmə tibb 

ekspertizasının keçirilməsini inkar etmir və qanun meyitin aid olduğu 

şəxsin sağlığında verdiyi razılıqdan asılı olmayaraq müayinəsinə yol 

verir. CPM-ə görə (maddə 140.0.1) ölümün baş vermə  səbəbini, 

sağlamlığın pozulmasının xarakterini və dərəcəsini təyin etmək üçün 

ekspertizanın keçirilməsi mütləqdir. Qanun meyitlərin müayinəsi 

zamanı orqan və toxumaların götürülüb laborator müayinəyə 

göndərilməsinə  də icazə verir. Digər vəziyyət ölümün baş vermə 

şəraitinin yoxlanılması məqsədi ilə keçirilən məhkəmə tibbi müayinə 

zamanı müşahidə oluna bilər. Bu hallarda meyitin yarılması  və 

diaqnostika məqsədilə orqan və toxumaların götürülməsində 

mərhumun və onun qanuni nümayəndəsinin icazəsi qanunun tələbinə 

müvafiq olaraq nəzərə alınmalıdır.  

Məhkəmə  hərəkətlərinə bilavasitə aidiyyatı olmayan daha bir 

məhkəmə tibbi fəaliyyət, orqan və (və ya) toxumaların 

transplantasiyası  məqsədi ilə meyitdən götürülməsidir. Bu halda 

məhkəmə tibbi ekspertizanın aparılması  və meyitdən toxumaların 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   330   331   332   333   334   335   336   337   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin