Şakir Musayev
332
Təkrar məhkəmə tibbi ekspertiza təyin edən şəxsin icazəsi ilə
ilkin ekspertiza aparmış məhkəmə tibb eksperti və patoloq anatom
müayinədə iştirak edib aydınlaşdırma verə bilər və bu hal protokolda
öz əksini tapmalıdır.
Müayinə bitdikdən sonra müstəntiq dəfn ilə məşğul olan xüsusi
xidmət orqanlarına meyiti basdırmağı tapşırır. Meyit mərhumun
qohumlarının istəyinə uyğun olaraq lazımı yerdə və şəraitdə basdırıla
bilər. Yenidən basdırılma müstəntiq və istintaq-əməliyyat qrupu
iştirakçılarının nəzarəti ilə olur. Qəbirə ekshumasiyaya qədər olan
görünüş verilir və qəbirin şəkli yenidən çəkilir. Ekshumasiya
barəsində cinayət işinə arayış əlavə olunur. Ekshumasiyada yenidən
dəfn olma ilə bağlı bütün xərclər mərhumun qohumları tərəfindən və
ya müstəntiq və məhkəmə orqanlarının qərarına əsasən büdcə vəsaiti
hesabına ödənilir.
|