Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə330/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   326   327   328   329   330   331   332   333   ...   516
 

Şakir Musayev  

 

330



Adətən meyit 1,5 – 2 metr dərinlikdə basdırılsa da onun hissələri 

müxtəlif dərinliklərdə heyvanların didişdirilməsindən və inkişaf edən 

ağac köklərinin təsirindən müxtəlif sahələrdə ola bilər. Bir qəbirdə bir 

neçə meyitin hissələri də ola bilər. Bu o vaxt baş verir ki, ilk 

basdırılma 2-4 metr dərinlikdə, sonrakılar isə daha səthi olsun.  

Dəfn haqqında ümumavropa qanunvericiliyində bu hala ilk 

basdırılmadan 10 il sonra və yer səthinə 1 metrdən az olmayaraq 

məsafə qalanda icazə verilir. Meyitlərin belə yerləşməsinə kütləvi 

basdırılma zamanı da rast gəlinir. Meyitlərin gizlədilmə yolu ilə 

kriminal basdırılması adətən çox dərin olmur və adətən heyvanlar 

tərəfindən açılır.  

Torpağın çıxarılması gedişində rast gəlinən bütün əşyalara və 

onların qarşılıqlı yerləşməsinə fikir verilir və protokolda qeyd edilir. 

Torpaq tam çıxarıldıqdan sonra torpaqda tabutun və meyitin düz 

yerləşməsinə, basdırılma dərinliyinə, tabut və meyit səviyyəsində 

torpağın vəziyyətinə, qrunt  sularının səviyyəsinə diqqət yetirilir. 

Tabut torpaqdan çıxarıldıqdan sonra onun hazırlandığı material, 

görünüşü, üzərində  bəzəklərin olması, onun torpaqla və meyitin 

çürümə materialları ilə çirklənməsi  qeyd olunur. Tabutun ölçüsü və 

germetikliyi (qapağının nə ilə bərkidilməsi), onun üzərində zədələrin 

olması  və  qəbirdə qalması ilə bağlı digər dəyişikliklər qeyd edilir. 

Tabut çıxarıldıqdan sonra meyitin bədənini örtmüş toxumalar 

çıxarılır, onun poza və  vəziyyəti, paltarları, meyitin öz vəziyyəti 

(ölümdən sonrakı  dəyişikliklər, zədələr, çirklənmələr, onların 

dərəcələri) yazılır. Meyit yaxşı vəziyyətdə olduqda tanınma aparılır. 

Protokolda tabutda tapılan digər  əşyalar  əks olunur, sonra qəbirin 

dibinə baxılır.  

Ekshumasiyanın əsas mərhələləri və vacib detallarının foto şəkli 

çəkilir. Qrup və kütləvi basdırılma hallarında foto şəkillərdən  əlavə 

meyit hissələrinin yerləşməsi sxemi də çəkilir. 

Tabut çıxarılarkən meyitin hissələrinin kəskin yerdəyişməsinə yol 

verməmək üçün ehtiyatlı olmaq lazımdır.  Əgər təsadüfən zədələr 

yetirilərsə, protokolda onların baş vermə  səbəbİ, xarakteri və 

lokalizasiyası göstərilir.  





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   326   327   328   329   330   331   332   333   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin