Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə326/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   322   323   324   325   326   327   328   329   ...   516
 

Şakir Musayev  

 

326



2.6. Mikrobların daxil olma mənbəyinin yaxınlığı, həşəratların, 

gəmiricilərin, nekrofaq heyvanların daxil olma mümkünlüyü 

(kanalizasiya axarları, çökəkliklər, tullantı yerləri və s.), basdırılma 

yerinin mikroflorasının xarakteri; 

3. Basdırılmadan əvvəl meyitin vəziyyəti; 

3.1. Ölümdən sonrakı dəyişikliklərin inkişaf dərəcəsi, basdırılana 

qədər entomofaunanın vəziyyəti; 

3.2. Ölümdən sonrakı dəyişikliyi sürətləndirən və ona mane olan 

şərait (ölümün səbəbi, ölən  şəxsin sağlığında olan xəstəliklər, onda 

olan zədələrin xarakteri və yerləşməsi, ölümdən qabaq dərmanların 

qəbul olması, meyitin və onun paltarlarının təsadüfən və ya bilə-bilə 

kimyəvi maddələrlə çirkləndirilməsi, basdırılmadan 

əvvəl 

dezinfeksiya maddələrindən istifadə olunması, meyitin 



balzamlaşdırılması); 

3.3. Meyitin kremasiyası. 

Göstərilən faktorlar meyitdə ölümdən sonra baş verən 

dəyişiklərin surətini, toxumaların parçalanma müddətini (tez və ya 

gec baş verməsi, təbii konservasiya) müəyyən edir.  

Müstəntiqin və  məhkəmə tibb ekspertinin yuxarıda qeyd olunan 

faktorların hər biri barəsində  məlumatı olmalıdır. Məhkəmə tibb 

eksperti ekshumasiya ilə bağlı istintaq hərəkətində ona aid olan bütün 

iş materialları ilə tanış olmalıdır. Həmin materialların tədqiqi 

ekshumasiya anına qədər meyitdə ölümdən sonra baş verən 

dəyişikliklər nəticəsində, mövcud zədələrin, sifətin və xüsusi 

əlamətlərin saxlanması, laborator müayinələrin imkanları barədə 

böyük ehtimalla fikir söyləməyə 

və ekshumasiyanın 

məqsədəuyğunluğu barədə müstəntiqə məlumat verməyə imkan verir. 

Bununla belə  əvvəlcədən meyitdə ölümdən sonrakı  kəskin 

dəyişikliklərin baş verməsini bilmək ekshumasiyanın aparılmasından 

imtina etməyə mütləq əsas vermir. 

Meyitin ekshumasiyasına hazırlıq zamanı müstəntiq onun 

basdırılma yerini dəqiq təyin edir. Təcrübədə istintaqı maraqlandıran 

meyitin aşkar edilməsi gedişində bir neçə qəbrin açılması və bir neçə 

meyitin çıxarılması halları  məlumdur. Meyitin basdırılmadan xeyli 

vaxt ötmüşsə, bu daha çətin olur.  




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   322   323   324   325   326   327   328   329   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin