Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
325
12.3. Meyitin ekshumasiyasına hazırlıq
Ekshumasiyanı planlaşdırdıqda bu prosessual hərəkətin məqsədi
və onun nə qədər məqsədəuyğun olması məsələləri aydınlaşdırıl-
malıdır.
Müstəntiq ekshumasiyanın gedişi, meyitin müayinəsi və sonrakı
hərəkətlərdə qarşıya çıxan sualları tərtib edir. Sualların bir çoxuna
cavab vermək imkanı meyitin qəbirdə olan vəziyyəti ilə bağlı
məhdudlaşır. Ona görə də ekshumasiyanın keçirilməsinin məqsə-
dəuyğunluğu barədə məhkəmə həkiminin fikri həlledici rol oynaya
bilər.
Basdırıldıqdan sonra meyitdə baş verən dəyişikliklərin inkişaf
səviyyəsi və xarakteri çoxsaylı faktorlardan asılıdır. Basdırılmadan
sonra meyitdə baş verən dəyişikliklərin tempi və xarakterini təyin
edən faktorlar aşağıdakı kimi xarakterizə olunur:
I. Meyitin basdırıldığı yerdə qalma müddəti;
II. Meyitin basdırılma şəraiti;
2.1. Meyitin basdırılmasının baş verdiyi ilin vaxtı - fəsil (konkret
coğrafi enliklərdə şərait nəzərə alınmalıdır);
2.2. Meyitin basdırılma vaxtından təyin olunmuş ekshumasiyaya
qədər keçən müddət ərzində meteoroloji şərait (havanın və torpağın
temperaturunun dəyişməsi, yağıntının miqdarı, rütubət və s.);
2.3. Meyitin basdırılma yeri;
2.3.1. Torpaqda (qəbiristanlıq və başqa yerdə qəbirin dərinliyi,
torpağın xarakteri – qum, gil, torf və s., torpağın kimyəvi tərkibi,
rütubət, qrunt sularının səviyyəsi);
2.3.2. Sərdabədə (mikroiqlim, rütubət, təbii ventilyasiya);
2.3.3. Suda (mövsümi temperatur dəyişməsi, suyun dərinliyi,
axarlığı, donması, su canlılarının tərkibi);
2.3.4. Qabda (qabın olduğu şərait – qəbirdə, boşluqlarda, digər
yerlərdə);
2.4. Tabutda və ya tabutsuz basdırmada (tabutun hazırlandığı
material, onun xüsusiyyətləri, görünüşü, hermetikliyi);
2.5. Meyitin əynində paltarların olması və onun xarakteri;
|