Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə327/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   323   324   325   326   327   328   329   330   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

327



Burada ilk növbədə müvafiq qeydiyyat orqanlarında dəfn olunma 

yeri və vaxtının qeyd olunması  əsas götürülür və meyitin 

qohumlarında olan sənədlərlə tutuşdurulur (ölüm haqqında 

şəhadətnamə), basdırılmanı müşahidə etmiş şəxslərlə söhbət aparılır. 

Ekshumasiyanın məqsədəuyğunluğu və meyitin basdırıldığı 

yerdən çıxarılma mümkünlüyü məlum olduqdan sonra hakim 

ekshumasiya barədə  qərar çıxarır və müstəntiq bu barədə ölənin 

qohum və yaxınlarına məlumat verir. Ekshumasiyanın keçirilməsi 

barədə  qərarın surəti, ekshumasiyanı keçirən dövlət məhkəmə tibbi 

ekspertiza idarəsinə, yerli özünü idarəetmə  orqanlarına, dəfn işini 

təşkil edən nəzdində göstərilən qəbiristanlıq olan idarələrə göndərilir. 

Qərarda ekshumasiyanın keçirilməsinə  zəruri olan əsas, onun 

vaxtı  və istintaq hərəkətinin hər bir iştirakçısının vəzifəsi göstərilir. 

Göstərilən sualların müstəntiq tərəfindən  əvvəlcədən bütün maraqlı 

və aidiyyəti olan şəxslərlə danışıb razılaşdırılması məqsədəuyğundur 

(mütəxəssis, köməkçi personal, meyitin qohumları ilə  və s.). Bu 

zaman meyitin çıxarılma və ekspertizanı keçirməyə  zəruri olan 

vasitələr, qohumların ekshumasiyada iştirak etmə arzusu, istintaq 

hərəkətində  iştirak edənlərin təhlükəsizliyi, yenidən basdırma vaxtı 

və şəraiti məsələləri həll olunur. 

İstintaq hərəkəti planlaşdırıldıqda məhkəmə tibbi ekspertinin 

qarşısına qoyulacaq suallar da əvvəlcədən müəyyən olunmalıdır. 

Məhkəmə tibbi eksperti əvvəlcədən meyitin müayinəsinin istintaq 

hərəkəti yerində edilməsi, meyitin digər yerlərə daşınması 

mümkünlüyünü müəyyən edir. O, öz hərəkətlərini ekshumasiya 

yerində etməyə planlaşdırırsa, zəruri avadanlıq (alətlər, bioloji 

obyektlərin götürülüb qablaşdırılması üçün vasitələr) hazırlayır. 

İştirakçıların təsadüfi travma almalarının qarşısını almaq üçün və 

meyitin tamlığını qorumaq üçün prosesdə ekspert müstəntiqə  və 

meyiti qəbirdən çıxarıb onu müayinə yerinə aparan şəxslərə kömək 

edir. 

Ekshumasiyaya hazırlığın texniki hissəsini müstəntiq dəfn işini 



təşkil edən yerli xüsusiləşmiş xidmətin rəhbərliyinə tapşırır 

(qəbiristanlığın rəhbərliyi) və ya digər idarələri köməyə cəlb edir. Bu 

xidmətin vəzifəsi tabutu çıxarmaq üçün şəxslər və vasitələr (qazıntı 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   323   324   325   326   327   328   329   330   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin