Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
323
Xüsusi ayrılmış torpaq sahələri icra hakimiyyəti və yerli idarəetmə
orqanlarının nəzdində ola bilər. Kolumbarilər (kül saxlanan yerlər)
cərgələrə bölünür, memorial lövhələrlə örtülür, lövhələrin üzərində
dəfn olunan şəxsin adı, soy adı atasının adı, doğulduğu və öldüyü
tarix yazılır. Kül qabları isə müxtəlif formada olub müxtəlif
materiallardan hazırlanır sonra isə sellofan paketlərə yerləşdirilib
dəfn olunur.
Dəfn işinin təşkili müstəqil lisenziyası olan fəaliyyət olub, məişət
xidmətinin bir növü hesab olunur. Dəfn işi icra orqanları və yerli
özünü idarəetmə orqanları tərəfindən həyata keçirilir. Bu orqanlar
sistemində bürolar, kombinatlar yaradılır. Onlar ölənin basdırılmasını
və dəfn ilə əlaqədar digər işləri həyata keçirirlər. Dəfn işinə nəzarətin
həyata keçirilməsi üçün icra hakimiyyəti və yerli idarəetmə
orqanlarının tabeçiliyində dəfn işi ilə müşahidəçi qurumları yaradıla
bilər.
Dəfn etmə və basdırma barəsində qanunda sanitar-ekoloji
tədbirlər nəzərdə tutulmuşdur. Qəbiristanlıqda yer seçdikdə torpağın
xüsusiyyəti nəzərə alınır. Torpaq 2 metr dərinlikdən az olmayaraq
quru, yüngül və hava keçirən olmalıdır. Qrunt suları səthdən 2
metrdən yuxarı olduqda, həmçinin bataqlıq və torpaq sürüşən
sahələrdə qəbiristanlıq salmaq olmaz. Zəruri hidrogeoloji şərait
olmadıqda salınacaq qəbiristanlıq üçün yerin mühəndis işləri görünür.
Buraya drenajların qoyulması, səthə kiçik dənəli torpaqların
səpilməsi və s. aiddir. Qəbiristanlıqda yüksək qrunt suları olan
sahələrdə (2 metr səthdən yuxarı) yalnız kremasiya edilmiş meyitlərin
dəfn edilməsinə icazə verilir.
Meyitin tabutla birlikdə və onsuz rəsmi qaydada dəfn olunması
zamanı qəbirin dərinliyi yerli təbii şəraitdən və adət-ənənələrdən asılı
olaraq müxtəlif ola bilər. Adətən onun dərinliyi yer səthindən tabutun
qapağına qədər 2 - 2,2 metrdən artıq və 1,5 metrdən az olmur.
Meyitin oturaq vəziyyətində dəfn olunduğu hallarda meyit üzərində
torpaq qatının dərinliyi 1 metrdən az, qəbirlərin arasında məsafə isə
0,5 metrdən az olmamalıdır. Yerdə basdırmaq üçün müxtəlif taxta
tabutlar var. İllüminatorlu şəxsiyyətin identifikasiyası üçün konteyner
|