Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə319/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   315   316   317   318   319   320   321   322   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

319



FƏSİL 12. EKSHUMASİYA 

 

12.1. Ekshumasiya anlayışı 

və onun prosessual əsasları. 

 

«Ekshumasiya» sözü latın dilindən hərfi mənada «torpaqdan 



çıxarılma» kimi tərcümə olunur (exhumatio: ex – çıxarılma, humus - 

torpaq), torpağa tapşırılma («inhumasiya») sözünün əks mənasıdır. 

Ekshumasiya meyitin dəfn olunan yerdən çıxarılmasına deyilir. 

CPM-də (maddə 237) ekshumasiyaya müstəqil prosessual hərəkət 

kimi baxılır.  İstintaq hərəkəti kimi ekshumasiyanın 3 fərqləndirici 

cəhəti var. 

I. CPM-də yalnız meyitlərin ekshumasiyasından söhbət gedir. 

Digər  əşyaların torpaqdan çıxarılması isə başqa prosessual 

hərəkətlərin dairəsinə aid hesab olunur. 

II. CPM-si əvvəllər basdırılmış meyitlərin ekshumasiyası hallarını 

tənzim edir. Burada meyitin qəbul olunmuş qaydalara müvafiq 

basdırılıb-basdırılmamasından asılı olmayaraq cinayət izini açmaq 

üçün onun basdırıldığı yerdən çıxarılması nəzərdə tutulur.  Bu zaman 

basdırılma yeri yalnız qəbir deyil, digər yerlər – mavzoley tipli 

məzarlar, divarlar, boşluqlar, sərdabələr, yandırılmış meyitlərin külü 

olan yerlər, su hövzələri və digər yerlər ola bilər.  

III. CPM-də qaldırılmış  və istintaq olunan cinayət işinin 

aparılması çərçivəsində istintaq hərəkətlərindən söhbət gedir.  

Qazıntı işlərində təsadüfi aşkar olunan (tikinti işlərində, arxeoloji 

qazıntılarda, axtarış-xilas etmə işlərində), digər yerə köçürmək üçün 

qohumların xahişi ilə  çıxarılan meyitlərin və digər kənar 

ekshumasiyalar istintaq hərəkəti hesab edilmir və CPM-yə uyğun 

prosessual sənəd tərtib olunmur. Kriminal motivlərlə bağlı (pul əldə 

etmə, intiqam, soyğunçuluq, ələ salma, cinsi həvəsi təmin etmə və s.) 

cinayət xarakterli ekshumasiyalar da mövcuddur. Buna bənzər 

hallarda meyitin basdırıldığı yerdən çıxarılması sonrakı mərhələlərdə 

məhkəmə tibbi ekspertizanın obyekti ola bilər.  




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   315   316   317   318   319   320   321   322   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin