Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə317/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   313   314   315   316   317   318   319   320   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

317



11.6. Naməlum meyitlərin şəxsiyyətinin 

təyinində məhkəmə tibbi xidmətin 

digər iştirak formaları. 

 

Tanınmaya görə axtarış  və digər istintaq hərəkətləri keçirilməsi 



ilə bağlı məhkəmə tibb eksperti tanınmada bilavasitə iştirak etmədən 

başqa, müstəntiqin digər tapşırıqlarını da yerinə yetirə bilər. 

Əvvəllər məhkəmə tibbi xidmət  şəxsiyyəti məlum olmayan 

meyitin əllərini ayırır və onları daktiloskopik müayinəyə hazırlayırdı. 

Hazırda isə  DİN-nin inzibati ərazi orqanları strukturunda xüsusi 

kriminalistik bölmələr yaranmış  və onlar bu işin icrasının çox 

hissəsini öz üzərilərinə götürmüşdürlər. Məhkəmə tibbi ekspertin 

vəzifəsi isə əli ayırıb qablaşdırmaq və onu müqayisə üçün müstəntiqə 

təqdim etməkdir. 

Müstəntiqin məhkəmə tibb ekspertinə digər tapşırığı sonrakı 

tanınma və naməlum  şəxsin meyitin paltarlarının saxlanılıb 

qorunmasının təşkili, meyitin sifətinin gips maskalarının hazırlanması 

üçün onun sifətinin tualetini etməkdir.  

Müstəntiqin icazəsi ilə  təqdim edilən çərçivədən kənar müstəqil 

prosessual hərəkət kimi o, ilkin yoxlama üçün onu tanıya bilən 

şəxsləri tanımaya buraxa bilər.  Əgər cinayət işi açılmayıbsa, meyiti 

tanımaq üçün kənar  şəxslərin onun yanına buraxılmasında 

müstəntiqin icazəsi tələb olunmur. Lakin meyitxananın işçiləri həmin 

şəxslərin pasport göstəricilərini jurnala qeyd etməli və onların 

göstərdiyi məlumatları hüquq mühafizə orqanlarına xəbər 

verməlidirlər. 

Bəzən məhkəmə tibb xidməti idarələrinə hüquq mühafizə 

orqanları  tərəfindən itkin düşmüş  şəxslərin axtarılması ilə bağlı 

ekspert materiallarının hesabatını yoxlamaq barəsində sorğu edilir. 

Göstərilən yoxlamanın heç bir tədqiqat və ekspert əhəmiyyəti olmasa 

da , bu hüquq mühafizə orqanları ilə qarşılıqlı  əlaqənin, məhkəmə 

tibbi xidmətin məlumat informasiya müxtəlifliyinin bir formasıdır və 

hüquq mühafizə orqanlarına meyit haqqında  əlavə  məlumat alıb 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   313   314   315   316   317   318   319   320   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin