Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə320/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   316   317   318   319   320   321   322   323   ...   516
 

Şakir Musayev  

 

320



Meyitlərin ekshumasiya olunmasına əsas və hadisələrin təsnifatını 

aşağıdakı kimi xarakterizə olunur: 

1.  Meyitin rəsmi qaydada icazəli ekshumasiyası; 

Məhkəmə-tibbi məqsədlərlə

Qəbiristanlığın bir yerdən digər yerə köçürülməsi

Meyitin bir qəbiristanlıqdan başqa bir qəbiristanlığa köçürülməsi; 

Basdırılanın  şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə 

(şəxsiyyətin cinayət istintaqı axtarışı ilə bağlı olmayan hallarda); 

Elmi - tarixi məqsədlərlə

2.  Meyitlərin təsadüfi ekshumasiyası; 

Torpaq işləri görülən və köhnə binaların sökülməsi zamanı 

təsadüfən basdırılmış meyitlərin aşkar olunması; 

3.  Meyitlərin cinayət xarakterli ekshumasiyası; 

Soyğunçuluq məqsədilə; 

Cinsi həvəsi təmin etmək məqsədilə (nekrofiliya); 

Təhqir etmə məqsədilə. 

Göstərilən təsnifat geniş olsa da, meyitlərin ekshumasiyasının 

bütün hallarını əhatə etmir (məsələn, dini ritual məqsədlə meyitlərin 

torpaqdan çıxarılması və s.). 

Məhkəmə tibbi məqsədlə aparılan ekshumasiya dedikdə burada 

məhkəmə tibbi xidmətin öz marağı ilə deyil, istintaq və  məhkəmə 

orqanlarının tələbi ilə aparılan məhkəmə tibbi ekspertiza nəzərdə 

tutulur. 

Ekshumasiya olunmuş meyitlərin məhkəmə tibbi müayinəsinə 

zərurət müxtəlif səbəblərdən yaranır. Bunlar arasında  ən geniş 

yayılanları aşağıdakılardır:  

•  istintaq aparan orqanda kriminal basdırılmanın göstəricilərinin 

olması (məsələn, cinayət izini itirmək məqsədilə); 

•  ölümün səbəbi təyin olunduqda və  həkim tərəfindən tibbi 

arayış verildikdən sonra basdırılmış, lakin patoloji-anatomik və ya 

məhkəmə tibbi müayinəsi olmayan meyitlərin müayinəsinə zərurət 

yarandıqda (basdırıldıqdan sonra şəxsin ölümü ilə bağlı cinayət və 

mülki məsələlər yarandıqda); 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   316   317   318   319   320   321   322   323   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin