Şakir Musayev
316
Həlak olanın və ya itkin düşmüş şəxsin tanınması və ya
tanınmaması barəsində nəticəyə müstəntiq gəlir. Tanıyan şəxsin,
mütəxəssis və ekspertin tanınma barəsində hər hansı bir dərəcədə
fikirinə baxmayaraq, əsas nəticəni müstəntiq çıxarır və o, bunu iş
üzrə toplanmış materiallar əsasında edir.
Tanınmanın nəticəsi tanıyan şəxsin axtarılan şəxsi nə qədər yaxşı
tanımasından, onların əlaqəsinin müddətindən, bir yerdə olma
müddətindən (daimi, təsadüfən, tək-tək hallarda) asılıdır. Lakin bu
faktorlar da mütləq deyil. Çünki, yaxın qohumlar da bəzən onlara
yaxın olan şəxsləri həmişə tanımır və əlamətlərini dəqiq göstərə
bilmir.
İlkin dindirmədə tanıyan şəxs insanın bütün əlamətlərini həmişə
yadına sala bilmir və yeni əlamətləri istintaq hərəkəti zamanı yadına
salır. Bu ziddiyyət deyil, çünki insanın yaddaş qabiliyyətinin
aktivləşməsi mümkündür. Bununla yanaşı tanıyan şəxsin dindirmədə
verdiyi ifadə ilə tanınmada göstərilən əlamətlər uyğun olmasa,
tanınmanın nəticəsi şübhə altına alına bilər.
Meyitə görə tanınmanın nəticəsini qiymətləndirdikdə müstəntiq
və ekspert tanıyanın psixoemosional vəziyyətini nəzərə almalıdır.
Sakit baxılma, həyəcanlanma, stress, tanıyan şəxsi hədələmə
hallarından asılı olaraq qavrama və yaddaş şübhəli olar. Nəticədə
tanınma müxtəlif ola bilər. Zəruri hallarda bu vacib faktorun nəzərə
alınması psixoloq və psixiatrın iştirakı ilə ola bilər. Tanınmanın
nəticəsinə dindirilənin fərdi əlamətləri yadda saxlamaq qabiliyyəti
xüsusiyyəti də (fotoqrafın, rəssamın, stilistin) təsir göstərir.
Mütəxəssis şəxsiyyətin əlamətlərinin identifikasion əhəmiyyəti
barəsində müstəntiqə məsləhət verdikdə hər hansı bir müayinə
aparmır. Əgər müayinə zəruridirsə, müstəntiq məhkəmə-tibb
ekspertizasının təyin edilməsi barəsində qərar qəbul edir.
|