olmaması üçün şərait yaradıla bilər. Bu halda hal şahidləri tanıyan
Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
315
11.5. Tanımaya təqdim olunmanın
nəticələrinin qiymətləndirilməsi və tərtib edilməsi.
Tanınmaya təqdim olunmanın nəticələri prosessual qaydada
müvafiq protokollarda tərtib olunmalıdır.
Protokol iş üzrə sübutdur,
cinayətin açılmasında və cinayət işinə məhkəmədə baxılmasında
böyük əhəmiyyəti var.
Protokol, CPM-nin (maddə 241) tələblərinə uyğun tərtib olunur.
Burada tanıyan şəxs, tanınmaya təqdim edilən əşya və şəxs barəsində,
istintaq hərəkətinin keçirilmə şəraiti və nəticələri barəsində məlumat
verilir. Tanıyan şəxsin ifadəsi imkan daxilində sözbəsöz yazılır və
tanınmanın əlamətləri xüsusilə dəqiq qeyd olunmalıdır. Məhkəmə
təbabəti sahəsində mütəxəssis protokolun tərtib olunması
mərhələsində müstəntiqə istintaq hərəkətinin gedişi, onun öz
hərəkətləri, istifadə olunmuş xüsusi vasitələrinin texniki xarakteri və
sairin fiksə olunmasında kömək edir. Tanınmaya təqdim edilmə
keçirildiyi ardıcıllıqla protokolda göstərilməlidir.
Mütəxəssis protokolda tibbi xarakterli sözləri korrektə edə və
şifahi surətdə istintaq hərəkətinin əhəmiyyəti barəsində fikrini
söyləyə bilər. Protokol istintaq hərəkətinin bütün iştirakçıları, o
cümlədən də mütəxəssis tərəfindən imzalanır. Oxunduqdan sonra
protokola edilmiş qeydlər və çatmamazlıqlar yazılır. Bəzən meyitlərə
görə tanınma ekshumasiya prosesində, onun torpaqdan
çıxarılmasından dərhal sonra edilir. Bu zaman tanınmanın nəticələri
meyitin ekshumasiyasının ümumi protokolunda qeyd oluna bilər.
Meyit tanınmaya digər yerlərdə təqdim olunursa, ayrıca protokol
tərtib olunur.
Tanıyan şəxsin tanınmanın nəticələri barəsində aşağıdakı fikirləri
ola bilər:
1.Meyitin və ya axtarılan şəxsin dəqiq olaraq tanınması və ya
tanınmaması.
2.Oxşarlığın və fərdin göstərilməsi.
3.Göstərilən məsələnin nə dəqiq, nə də güman olunan halda həll
edilməsinin qeyri-mümkünlüyü.