Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə311/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   307   308   309   310   311   312   313   314   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

309



toxumaların kiçik defektləri bədənin başqa yerlərindən götürülmüş 

dəri parçaları ilə örtülür. Kəskin meyit çürüməsi zamanı meyit 

emfizemasını aradan qaldırmaq üçün dodağın, ağız boşluğunun, göz 

qapaqlarının selikli qişasının daxili səthlərində  və qulaq arxasında  

kəsiklər aparılır və sonra bu nahiyələr masaj edilir. Dərinin rənginin 

saxlanılması və bərpa edilməsi üçün zəif formalin, hidrogen-peroksid 

və 20%-li karbol turşusu məhlulundan istifadə olunur. Onlarla dəri 

isladılır, silinir və  dəri altına yeridilir. Meyitə onun tapıldığı vaxt 

əynində olan paltarlar geyindirilir və ya paltarsız təqdim olunur. 

Restavrasiya meyit yarıldıqdan sonra həyata keçirilir. Meyitin 

hazırlanmasında görülən işlər müstəntiq tərəfindən tanınmaya təqdim 

olma protokolunda qeyd edilir. Tualet və restavrasiya meyitin foto və 

video şəkilinin çəkilməsi ilə  başa çatır. 

Tanınmaya təqdim etməni meyitin tualetinə  qədər və sonra, 

paltarların geyindirməsindən sonra aparmaq olar. Şəraitin belə 

dəyişməsi tanınmanı  həm tanıyan  şəxs, həm də istintaq üçün daha 

uğurlu edir. 

Nəhayət, meyitlərin tanınmaya təqdim etmədə hazırlığın  əsas 

mərhələlərindən biri də istintaq hərəkətində vaxtın, yerin, şəraitin 

planlaşdırılmasıdır. Bu məsələni müstəntiq həll edir. Ekspert isə 

ölümdən sonra meyitin dəyişməsi və tanıyan  şəxsin yaddaş 

xüsusiyyətlərini nəzərə alıb bu hərəkəti mümkün qədər tez keçirmə 

zərurəti barəsində müstəntiqə məlumat verir. 

Meyitlərin tanınmaya təqdim olunduğu yer, adətən, meyitxana 

olub psixoemosional cəhətdən və meyitxananın öz şəraiti cəhətdən 

tanıyan şəxs üçün çox əlverişli deyil. Həmçinin ölümdən sonrakı baş 

verən dəyişikləri də  nəzərə alsaq, tanıyan  şəxs üçün nəticəyə 

gəlməyin necə  çətin olmasını söyləmək olar. Buna görə  də 

meyitxananın personalı bu zaman sakit, diqqətli, emosional fonu 

aradan qaldıran  şərait yaratmalıdırlar. Meyitxanada diqqəti cəlb edə 

biləcək kənar  şəxslər, o cümlədən də  kənar meyitlər olmamalıdır. 

Meyitxana kifayət qədər yaxşı işıqlanmalıdır. Müstəntiq və məhkəmə 

təbabəti sahəsində mütəxəssis bir həkim kimi tanıyan şəxsdə qəflətən 

güclü reaksiyaların və  xəstəliklərin kəskinləşməsi kimi hadisələrin 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   307   308   309   310   311   312   313   314   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin