Şakir Musayev
308
flüoroqrammaların, foto, kino və digər sənədlərin təxmini olaraq
axtarılan şəxsə məxsus olduğunu, təsvirin tibbi sənədlərdə olan
qeydlərə (zədələrin yerləşməsi, müddəti və s.) uyğun olduğunu qeyd
edə bilər. Sənədlərin informativliyini əvvəlcədən qiymətləndirilməsi
də vacibdir. İşdə çatmamazlıqlar, dəqiq oxunmayan və ziddiyyətli
yazılara görə vaxtında əlavə məlumatlar toplanıb və dindirmələr
aparıla bilər. Məhkəmə tibb eksperti öz fikrini o əlamətlərə görə
şifahi söyləyə bilər ki, onların qiymətləndirilməsi xüsusi müayinə
tələb etmir.
Tanınmaya qədər meyit «meyitlərin məhkəmə tibbi ekspertizası
və onların saxlanması qaydalarına» müvafiq olaraq hazırlanmalıdır.
Zədələrin, çirklənmələrin, ölümdən sonra dəyişiklərin olması sifətin,
bədənin tanınmaz hala salınması və deformasiya olunması hallarında
meyitin restavrasiyası aparılır. Meyitlərin tualetindən əvvəl onların və
onlarda olan zədələrin, xüsusi əlamətlərin foto və video şəkilləri
çəkilir, müqayisəli tədqiqat nümunələri götürülür və həmin əlamətlər
fiksə olunur (bunlar meyitin tualeti zamanı itə bilər). Sonra meyitin
üzərindəki çirklənmə, su, mexaniki , yuyucu və əridici vasitələrlə
yuyulur. Qulaq, burun, ağız boşluqları kənar maddələrdən təmizlənir.
Zədə və ölümdən sonra yaranmış dəyişilmiş sahələrə bədən rəngində
kosmetik krem nazik və bərabər səviyyədə pudra çəkilir. Bu zaman
elə etmək lazımdır ki, onlar xüsusi əlamətləri örtməsin. Tükləri elə
daramaq lazımdır ki, sifət, qulaq seyvanları və xüsusi əlamətlər açıq
qalsın. Meyit yaxşı saxlanmışdırsa, gözə açıq vəziyyət verilir. Bunun
üçün göz qapağının altına nazik pambıqdan, kalium zəyindən (su ilə
qarışdıqda sıyıq şəkilli maddə yaranır) ibarət tampon qoyulur və ya
göz qapaqları dəriyə rəngsiz yapışqanla yapışdırılır. Meyitə təbii
görkəm vermək üçün gözə 1-2 damcı 50%-li qliserinin sulu məhlulu
damızdırılır. Bu məhluldan həmçinin göz almasının formasını bərpa
etmək üçün istifadə etmək olar. O, iynə ilə gözün ön kamerasına
yeridilir. Yaralar və seksion kəsiklər səliqəli tikilir, deformasiyanı
aradan qaldırmaq üçün təbii dəliklərə və boşluqlara tamponlar
qoyulur. Skelet sümüklərinin qəlpələri mexaniki olaraq və ya
yapışqan, gips, plastilin ilə uyğunlaşdırılır. Olmayan sümüklər
plastilin və gipsdən hazırlanmış protezlərlə əvəz olunur. Yumşaq
|