Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə309/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   305   306   307   308   309   310   311   312   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

307



ekspertiza ilə həll oluna bilər. Lakin mütəxəssis belə hallarda şəxsin 

tanınmada iştirakının məqsədəuyğunluğu barədə məsləhət verə bilər. 

Fiziki və psixi çatışmamazlığı olan şəxslərin tanınmaya cəlb 

edilməsində tanınmanın nəticəsi şübhə altına alır.  

Əvvəllər operativ axtarış  işlərində  və ya istintaq hərəkətlərində 

iştirak edib və tanınan şəxsi görmüş və tanımış insana, tanınmaq üçün 

meyiti və digər obyektləri təqdim etmək olmaz. Bəzi hallarda meyit 

tanınmaq üçün eyni vaxtda bir çox şəxslərə təqdim edilir. Belə hala 

daha çox meyitə hadisə yerində baxış zamanı rast gəlinir. Bu zaman 

tanınmaya təqdim etmə barədə protokol tərtib edilmir və tanıyan 

şəxslər dindirilmir (qısa sorğu istisna olmaqla). Nəticə isə müstəntiq 

tərəfindən hadisə yerinə baxış protokolunda fiksə edilir. CPM-nə 

uyğun olaraq məhkəmə tibb eksperti istintaq baxışında, axtarışda 

itkin düşmüş şəxsin mənzilinə baxışda əşyaların, müqayisə olunacaq 

nümunələrin, tibbi sənədlərin götürülməsində  iştirak edə bilər. 

Bunların  şəxsiyyətin identifikasiyasında rolu ola bilər. Belə 

obyektlərə itkin düşmüş  şəxsin  əşyalarında qalmış tüklər, çəkilmiş 

dişlər, diş protezləri, paltar və yataq dəstlərində bioloji mənşəli 

maddə izləri (qan, ağız suyu, tər, sperma və s.), kəsilmiş  dırnaqlar 

aiddir. Məhkəmə  həkiminin vəzifəsi müstəntiqin diqqətini baxış  və 

götürmədə göstərilən tibbi aspektlərə yönəltmək, onların 

götürülməsinə və protokol qaydasında  tərtib edilməsində müstəntiqə 

kömək göstərməkdir. 

Məhkəmə təbabəti sahəsində mütəxəssisin işə cəlb olunması itkin 

düşmüş  şəxsin və ya meyitin fərdi  əlamətləri olan sənədlərin 

axtarılmasında da müstəntiqə kömək edə bilər. Məsələn, o müstəntiqə 

hansı  sənədin – xəstəlik tarixi, ambulator vərəq, fərdi tibbi vərəq, 

rentgen və flüoraqrammalar, təcili tibbi yardım talonları, tibbi 

arayışlar, həkim məsləhətinin nəticələri, resept və analiz blankları, 

jurnalda olan qeydlər, sanator-kurort vərəqlərin götürülməsi, 

saxlanma müddətinə uyğun onların tapılması, onların  əsli və ya 

surətlərindən istifadə olması barəsində  və digər məlumatları verə 

bilər. Məhkəmə  həkimi müstəntiq tərəfindən götürülməli və  iş 

materialına  əlavə olunmalı tibbi sənədlərin götürülməsinə  də  cəlb 

oluna bilər. Ümumi cins, yaş  əlamətlərinə görə mütəxəssis rentgen-




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   305   306   307   308   309   310   311   312   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin