Şakir Musayev
306
müəyyən oluna bilər. Məhkəmə təbabəti sahəsində mütəxəssis
müstəntiq tərəfindən göstərilən bu istintaq hərəkətlərinin hər birinə
cəlb oluna bilər.
Dindirilməyə meyiti tanınmaya təqdim ediləcək insanın yaxınları,
tanışları, itkin düşmə halını bildirən şəxslər cəlb olunur. Dindirmədə
iştirak edən məhkəmə təbabəti sahəsində mütəxəssis müstəntiqə itkin
düşmüş şəxsin xarici görkəminin bütün detallarını protokolda düzgün
əks etdirmədə, onun görkəmində nəzərə çarpan əlamətləri, onların
xarakteri və lokalizasiyasının, keçirilmiş travma və xəstəliklərin,
fizioloji vəziyyətlərin xüsusiyyətlərini və vərdişləri aşkar etməyə
kömək edir. İtmiş şəxsə harada, nə vaxt, hansı tibbi yardım
göstərilməsini aydınlaşdırması da vacibdir. Tanıyan şəxslərdən geniş
məlumatın alınmaması yolverilməzdir. Şahid ifadələrini meyit
müayinəsinin nəticələri ilə müqayisə etməklə müstəntiq şəxsin
sağlığında olan nəzərə çarpacaq əlamətləri təyin edir və onların hər
hansı bir sosioloji status (daimi qulluq) tibbi müayinə, xüsusi müalicə
tələb etməsini müəyyən edir. Tanıyan şəxsə identifikasiya əlaməti
hesab edilən bütün əlamətlərin ətraflı təsvir etmək imkanı
verilməlidir. Yadda saxlamaq lazımdır ki, tanıyan şəxs, bəzən isə
müstəntiq özü insanın xarici görünüşünün elmi terminləri, əlamətləri,
xüsusiyyətləri, tibbi və kriminalistik anlayış və ifadə olunma
formaları ilə tanış deyillər. Bu mənada məhkəmə həkiminin vəzifəsi
istintaq hərəkəti iştirakçılarının arasında qarşılıqlı anlaşma
yaratmaqdır. Kriminalistik təcrübədə isə terminoloji çətinliklər xüsusi
metodlarla – fotorobotların, fotoalbomların tərtib edilməsi ilə aradan
qaldırılır.
Əgər tanıyan şəxslə itkin düşmüş yaxın tanış olmamışlarsa,
dindirmə zamanı bəzi məsələlər – itkin düşmüşün obrazının yadda
qalma şəraiti (onu görmənin məsafəsi, müddəti, günün vaxtı,
işıqlanma, hava şəraiti, ətrafdakı səs-küy) aydınlaşdırılır. Nəticənin
qiymətləndirilməsində dindirilən şəxsin psixoemosional vəziyyəti
nəzərə alınmalıdır. Dindirilmədə digər bir tibbi aspekt – meyiti
tanıyan şəxsdə hər hansı bir xəstəlik, travma nəticələrinin olmasını
aydınlaşdırmaqdır. Bunlar həmin şəxsin qavranmasına və tanımasına
mənfi təsir göstərə bilər. Ən vacib hallarda məsələ komisyon
|