Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
277
meyitdən qan, tük nümunələri, orqanizmin ifrazatı və s. – götürə
bilər. Əgər qarşıya qoyulmuş suallara cavab verə bilirsə, ekspert
obyektin bir hissəsini müayinə etməklə kifayətlənə bilər. O maddi
sübutların surətinin (nümunə surətləri) eksperimental zədə
nümunələri də hazırlaya bilər. Ekspertin müstəqil olaraq nümunələri
götürülməsi üçün ayrı prosessual tərtibat lazım deyil. Bütün ekspert
müayinəsi kimi ekspertizanın gedişində nümunələrin götürülməsi
barədə məlumat bir prosessual sənəddə – ekspert rəyində göstərilir.
Ekspert nümunələrinin müqayisəli tədqiqatı onların alındığı
ekspertiza və ya ayrı bir qərarla təyin edilmiş, digər bir ekspertiza
çərçivəsində icra oluna bilər (həmin ekspert və ya başqa ekspert
tərəfindən). Birinci halda əgər nümunə onu götürmüş ekspert
tərəfindən icra olunursa, vahid prosessual şərt ekspertə obyektin
özünün (məsələn, meyit) təqdim olunması ilə məhkəmə tibb
ekspertizanın təyin olunması barədə qərar göndərilir. Əgər müayinə
digər müstəqil bir ekspertiza çərçivəsində aparılırsa, nümunələrin ayrı
prosessual tərtib olunması tələb olunur. Bunun üçün onlar əvvəl
müstəntiqə verilməli, müstəntiq onları götürmə protokoluna əlavə
etməlidir. Protokolda müstəntiq nümunələrin kim, nə zaman, harada,
hansı şəraitdə götürdüyünü, onların könüllü və ya məcburi şəkildə
verildiyi göstərilir. Bütün nümunələr müstəntiqə fərdi əlamətləri və
sayının dəqiq göstərilməsi ilə verilir. Nümunələr bükülməli, üzərində
müvafiq yazılar yazılmalı, möhürlənməli, ekspertizanın təyin
olunması qərarında qeyd olunmalı və müşayiət edici məktubla
ekspert idarəsinə verilməlidir. Məsələn, məhkəmə tibbi ekspertiza
təcrübəsində meyitdən götürülən nümunələr (qan, öd, sidik, dırnaq
nümunələri, uşaqlıq yolu, arxa keçəcək, ağız boşluğu möhtəviyyatı
olan tamponlar, tük nümunələri və s.) meyitin ekspertizasını təyin
etmiş orqana verilir. Bu qaydalar alətin identifikasiyası üçün
götürülən dəri, qığırdaq, sümük, parenximatoz orqanlar şəxsiyyətin
identifikasiyası üçün götürülmüş sümük obyektlərinə də aiddir.
Müqayisəli tədqiqat üçün göstərilən bütün obyektlər müstəqil
ekspertiza çərçivəsində nümunələrin prosessual statusuna malikdir və
onlar götürülüb bükülməli, möhürlənməli, qanunvericiliyə əsasən
müstəntiq tərəfindən məhkəmə tibbi laboratoriyaya göndərilir.
|