Şakir Musayev
274
Məhkəmə tibbi ekspertizaya aid ədəbiyyatlarda məhkəmə tibbi
ekspertiza obyekti kimi canlı şəxslər, meyitlər, maddi sübutlar, iş
sənədləri və ya iş materialları göstərilir. Burada nümunələrin
obyektlərin bir növü olması barəsində ümumiyyətlə məlumat
verilmir. Kriminalistikada nümunələr maddi sübutlara və ya maddi
sübut törəmələrinə aid edilir. Bu halda CPM-də olan «maddi sübut»
anlayışına istinad olunur. Maddi sübutlara isə aşağıdakı əşyalar aid
edilir:
1. cinayət aləti olan və özlərində cinayət izi saxlayan alətlər;
2. üzərilərinə cinayət hərəkəti yönələn əşyalar;
3. cinayətin və cinayət işi şəraitinin müəyyən olunmasına vasitə
olan digər əşya və sənədlər.
Nümunələr maddi sübutların material modeli funksiyasını icra
edən, onların xüsusiyyətlərini əks etdirən və cinayətin açılmasında
işin məzmununun müəyyən olunmasına bir vasitədir. Maddi
sübutlardan istifadə etmək mümkün və ya məqsədəuyğun olmadıqda
nümunələrdən istifadə olunur. Məsələn, hadisə yerində tapılmış qanın
konkret şəxsə məxsus olub-olmamasını təyin etmək üçün bütün qan
ləkəsini müayinə etməyə ehtiyac yoxdur, maddi sübut törəməsi kimi
müvafiq nümunə götürüb qrup xüsusiyyətlərini müəyyən etmək
kifayətdir. Bu nümunələrə maddi sübutların bir növü və ya onların
törəməsi kimi baxmağa əsas verir.
Məhkəmə-tibbi ekspertizada göstərilən mümkün nümunə və
obyektləri müqayisə etdikdə nümunə mənbələrinin yalnız maddi
sübut deyil, məhkəmə ekspertizasının hər hansı bir potensial obyekti
– canlı şəxslər, meyitlər, sənədlər, maddi sübutlar olmasını görmək
olar. Görünür ki, buna görə canlı şəxslərin, maddi sübutların,
meyitlərin məhkəmə tibbi müayinəsi ilə birlikdə aparılan
ekspertizalarda müqayisəli tədqiqat üçün götürülən nümunələr
müayinə obyektlərinin bir növünə aid edilir. Lakin müqayisəli
tədqiqat üçün nümunələrə məhkəmə tibbi ekspertizanın müstəqil
növü kimi baxmaq olmaz. Bu meyitlərin, canlı şəxslərin, maddi
sübutların ekspertizası üçün zəruri olan müayinə obyektidir.
Müqayisəli tədqiqat nümunələri özlərində insanın, heyvanın,
meyitlərin, material və maddələrin xüsusiyyətlərini əks etdirən və ya
|