Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
271
məhkəmə-təbabətində məlum olan statistik qanunauyğunluqlara
əsaslanmaları lazım gəlir. Nəticələrin əsaslı təyin olunmuş fərqlərini
obyektiv qiymətləndirmək mümkün olmadıqda, qoyulmuş sualların
həllindən imtina etmək lazımdır.
Artıq təhqiqatın sərəncamında olan məlumatların yoxlanılması və
dəqiqləşdirilməsi məqsədilə keçirilənlərdən fərqli olaraq, istintaq
hərəkətlərinin ikinci qrupu hər hansı halların, o cümlədən istintaq
üçün yeni olanların təyini üçün aparılır. İfadələrin yoxlanılması və ya
istintaq eksperimenti gedişində hər hansı yeni məlumat aşkar
edilmədikdə, yeni istintaq və ya ekspert hərəkətlərinin
planlaşdırılması üçün maraq doğurur (burada prosessual yekunların
hər hansı qiymətləndirilməsi tələb olunmur). Müsbət nəticə alındığı
halda isə, əldə edilmiş yeni məlumatlar yoxlanılan fakt və ya
vəziyyətlərin tərkibini təşkil edir, istintaq olunan hadisənin necə baş
verməsi sualına cavab verir. Özlüyündə bu məlumatlar məntiqi
qiymət tələb etmirlər. Alınmış yeni məlumat iş üzrə məlum olan
digər faktlarla tutuşdurulur və ekspert tədqiqatları keçirilməsində
istifadə olunur. Məsələn, deşilmiş-kəsilmiş yaralanmanın yetirilmə
şəraitinin istintaq yoxlanılması gedişində, təqsirləndirilən şəxs
iştirakçıların poza və qarşılıqlı vəziyyətlərini göstərə, bıçaq
zərbəsinin istiqamətini dəqiqləşdirə bilər. Alınmış məlumatlar
əvvəllər keçirilmiş tədqiqatların nəticələri ilə müqayisə edilir, bu
müstəntiqə ifadələri düzgün qiymətləndirməyə imkan verir, ekspert
isə çıxarılmış nəticələrin əlavə əsaslandırılmasını və ya təsdiqini əldə
edir.
Məhkəmə-tibb ekspertinin bu məlumatları iş üzrə keçirilmiş
xüsusi tədqiqatlar və ekspertizaların nəticələri ilə tutuşdurması
vacibdir. Onların tam uyğunluğu olduqda bu faktın özünün təsdiq
edilməsi kifayətdir. Aşkar edilmiş ziddiyyətlər obyektiv təsbit
edilməli və kritik qiymətləndirilməlidir, bunun üçün müstəntiq və ya
məhkəmə əlavə dindirilmələr və üzləşdirmələr, digər şəxslərin iştirakı
ilə istintaq yoxlaması keçirir, əldə olunan sübutları təqdim edirlər.
İstintaq eksperimentinin və hər hansı bir digər prosessual
hərəkətin nəticələri ekspert rəyinin düzgünlüyünün qiymətləndirilmə
meyarları sayıla bilməz. Bu yalnız faktiki məlumatların yoxlanılma
|