Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
267
istintaqı maraqlandıran halların təyini və ya onların
proqnozlaşdırılması məqsədilə keçirilən hərəkətlər.
Əgər eksperiment ifadələrdə, ekspert rəyində və ya digər iş
materiallarında göstərilmiş və artıq müəyyən olunmuş fakt və halların
yoxlanması məqsədilə keçirilmişdirsə, onda məhkəmə və təhqiqat
üçün istintaq hərəkətinin istər mənfi, istərsə də müsbət nəticəsinin,
yəni, yoxlanılan fakt və halların təsdiqi və inkarı üçün əhəmiyyəti
vardır. Bu vaxt bir tərəfdən, alınmış faktların nə dərəcədə doğru
olmasını, digər tərəfdən onların real kriminal vəziyyətə aid edilə
bilməsini təyin etmək zərurəti meydana çıxır.
Alınmış məlumatların düzgünlüyünü qiymətləndirərək, müstəntiq
(zəruri hallarda ekspertin köməyi ilə) konkret eksperimental şəraitdə
vəziyyətin inkişafının qanunauyğun və zəruri təhqiqat sayıla
bilməsini müəyyən etməlidir. Eksperiment gedişində vəziyyətin yol
verdiyi bütün versiyalar yoxlanılmışsa, təhlil vəziyyətin inkişafı üçün
əhəmiyyətli olan bütün dəyişkən əlamətlər nəzərə alınmaqla
keçirilmişsə və nəhayət nəticələr sabit qalırsa, təcrübələrin eyni
şəraitdə dəfələrlə keçirilməsinə baxmayaraq, ikinci dərəcəli
xarakteristikaların dəyişilməsinə baxmayaraq saxlanılırsa, belə
nəticəni təsadüfü yox, qanunauyğun saymaq olar. Bu tələblər yerinə
yetirilməyibsə, o halda modelləşdirilmiş və real vəziyyətin təsadüfü
xarici oxşarlığı və fərqliliyini istisna etmək olmaz və eksperiment
nəticələri düzgün sayıla bilməz. Onlardan sonrakı istintaq və ekspert
tədqiqatlarında istifadə etmək olmaz.
Əgər təcrübələr kifayət miqdarda təkrarlanmışsa və miqdari
göstəricilər əldə olunmuşsa, öyrənilən halları statistik xarakterizə
etmək, dəyişkən sıra qurmaq, ayrı-ayrı təcrübə nəticələrinin
fərqlənmə əhəmiyyətini müəyyən etməklə, onların düzgünlüyünün
miqdari ifadələrini əldə etmək imkanı yaranır. Əksər hallarda istintaq
eksperimenti gedişində təcrübələrin say məhdudluğuna görə statistik
qanunauyğunluğu aşkar etmək mümkün olmur və təhlil olunan
vəziyyəti yalnız keyfiyyətcə xarakterizə etmək olur.
İstintaq olunan hadisənin modeli heç vaxt real hadisə ilə oxşar
olmadığından, eksperimental nəticələr, hətta düzgün olduqda belə,
problemin hazır həllini yarada bilmir. Buna görə də növbəti
|