Şakir Musayev
266
prosessual hərəkətlərdə iştirak təcrübəsi və ya mütəxəssisin işlədiyi
müəssisədə ekspertiza prosesinin təşkili prinsipləri və başqa amillər
öz təsirini mütləq göstərməlidir. Ekspertin şəxsi mövqeyini
bildirməsi, müsbət haldır – çünki, onun işinin yaradıcılıq mənbəyi
vardır. Norbert Vinerin məhkəmə təbabəti elminə yaxın olan bir
kəlamını başqa cür ifadə etdikdə demək olur ki, «qiymətləndirici
təfəkkür mütəxəssis işinə təşrih ruhu gətirir. Bunun olmaması isə
mərhum üzərində mərasim ağlamağı atmosferi yaradır ».
Cinayət-prosessual qanunvericilik ekspertdən konkret faktlara
əsaslanmayan öz şəxsi qiymətverici fikirlərini məhdudlaşdırmağı
tələb edir. İstintaq eksperimenti nəticələrinin iş üzrə sübutların
ümumi sxeminə daxil edilməsi üçün onlara ciddi obyektiv və məntiqi
yoxlanılmış qiymət verməyi tələb edir. Bu cür qiymətləndirmə
aşağıdakı sualların həllini vacib sayır:
•
istintaq eksperimenti (ifadələrin yoxlanılması) qarşıya
qoyulmuş məqsədə çatmaq üçün adekvat vasitədirmi;
•
istintaq hərəkəti keçirilərkən mütləq prosessual tələblər
yerinə yetirilmişdirmi;
•
əldə edilmiş məlumatlar nə dərəcədə doğrudur (ilkin
məlumatlar, müqayisə meyarları düzgün seçilmişdirmi,
təcrübələrin keçirilməsində zəruri taktiki şərtlərə əməl
olunmuşdurmu, alınmış məlumatlar nə dərəcədə davamlıdır,
eksperiment nəticələrinin şərhində rəsmi-məntiqi vasitələrdən
düzgün istifadə olunmuşdurmu);
•
istintaq hərəkətinin faktiki nəticələri işin digər materiallarına
uyğundurmu və istintaq olunan hadisəyə aid edilə bilərmi.
Mütəxəssis işində əsas sadalanan sonuncu bəndlər yəni, təcrübə
nəticələrinin düzgünlüyünün müəyyən edilməsi və onların digər
ekspert materialları ilə tutuşdurulması istintaq eksperimenti
nəticələrinin qiymətləndirilməsində müstəntiqin (məhkəmənin)
müstəsna hüququdur. Bu vəzifələri nəzərə alaraq istintaq
eksperimentinin müxtəlif növlərini iki qrupa bölmək olar: birinci -
artıq məlum olan məlumatların, müstəntiq versiyalarının (mütəxəssis
ehtimallarının) yoxlanılması üçün keçirilən hərəkətlər; ikincisi -
|