Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
269
reallaşdırılmasının əlavə şərlərinin olması hesabına hadisənin böyük
ehtimallılığı ilə xarakterizə olunur. Burada istintaq hərəkəti nəticələri
vəziyyətin inkişafına nəinki yol verir, həm də eksperimentdə olduğu
kimi inkişafına da güman edilir. Məsələn; istintaq hərəkəti gedişində
hər hansı bir cihazın işə salındığı zaman otaq atmosferində zəhərli
maddələrin meydana çıxması sübut olunsa, zəhərlənmənin baş
verməsi və insan ölümü formal mümkün sayılacaqdır. Belə nəticəni
daha ehtimallı (real mümkünlük) saymaq üçün əlavə şərtlərin olması
lazımdır (toksiki maddə qatılığının əhəmiyyətli həddə çatması, insan
orqanizminin toksiki maddəyə xüsusi həssaslığı və s.). İstintaq
eksperimentinin nəticələri, cinayət işinin digər materialları ilə təsdiq
edilərsə və ya eksperiment keçirilən və istintaq edilən hadisənin
inkişaf etdiyi şəraitlərin tam uyğunluğu sübut olunarsa, həmin
nəticələr böyük ehtimalla cinayətin real vəziyyətinə aid ediləcəkdir.
Bu halda nəticə öz sübutediciliyinə görə qəti rəyə yaxınlaşacaqdır.
Ehtimallı güman edici məlumatlar ittiham aktının və məhkəmə
hökmünün əsasını təşkil etməsələr də, yenə də hadisənin ehtimal
dərəcəsinin müəyyən edilməsi əhəmiyyətini inkar etmək olmaz. Bu,
hər şeydən əvvəl, yeni istintaq versiyalarının formalaşması, istintaqın
perspektivli istiqamətlərinin müəyyən edilməsi və ya ekspert
tədqiqatlarının planlaşdırılması üçün lazımdır.
Pozitiv variantın həllinə (mümkünlüyün əsaslandırılmasına) zidd
olaraq istisnadedici nəticə, yəni hər hansı bir hadisə və ya halın qeyri
mümkünlüyü barədə mülahizələr daha sərt, qəti xarakter daşıyır.
Hadisənin həqiqətdə olmasını və ya onun ilkin məlumatlarla
müəyyən edildiyi kimi baş vermədiyini göstərir. Belə nəticə
ehtimallılıq nöqteyi-nəzərincə əlavə qiymət tələb etmir. Əgər istintaq
eksperimentinin nəticələri düzgündürsə və onun keçirilmə şəraiti
istintaq edilən hadisənin baş verdiyi şəraitlə uyğundursa, hadisə
iştirakçılarının ifadələrinin, istintaq hərəkətinin əsasını təşkil edən
ekspert rəylərinin və başqa materialların düzgünlüyünə şübhə
yoxdursa, bunlar ədalətli hesab olunur. Məsələn; insanın hər-hansı
hərəkəti edə bilməsini müəyyən etmək üçün onun fiziki bacarıqları və
ya hər hansı təzahürü qavramasının obyektiv mümkünlüyü
eksperimentlə yoxlanılarsa, təcrübənin mənfi nəticələrinin
|