Şakir Musayev
270
qiymətləndirilməsi çətinləşir. Belə ki, insanın həqiqi bacarıqları
haqda təhqiqata məlumat verməmək istəyi kimi subyektiv amili
istisna etmək olmaz.
Beləliklə, hər hansı bir halların yoxlanılması üçün keçirilən
istintaq eksperimenti nəticələrinin qiymətləndirilməsində ekspertin
vəzifəsi aşağıdakıları müəyyən etməkdən ibarətdir: təcrübələrin
qoyulma şərtlərini düzgün, onların nəticələrini doğru saymaq olarmı,
əldə edilmiş nəticələrin işin digər materiallarındakı məlumatlarla
(məsələn, ekspertiza rəyləri) nə dərəcədə uyğun olub-olmamasını,
həmin nəticələrin əvvəllər ekspertiza ilə düzgün müəyyən edilmiş
digər faktlarla müvafiqliyi və ziddiyyətliliyini, istintaq edilən
hadisənin həqiqətdə eksperimentdə müəyyən edildiyi kimi baş
verməsinin nə dərəcədə ehtimallığını.
Qiymət vermənin mühüm elementi cinayət hadisəsinin şəraiti və
nəticəsi ilə istintaq hərəkətinin şərait və nəticələrinin oxşarlıq
dərəcəsi və ya fərqlənmə əhəmiyyəti haqda məsələsinin həllidir.
Eksperimentin (ifadələrin yoxlanılmasının) düzgün planlaşdırılması
və təşkilində, bir qayda olaraq, bu məsələni həll etmək mümkün olur.
Nəticələrlə isə çətinlik yaranır. Bəzən elə hallara rast gəlinir ki,
müqayisə edilən vəziyyətlərin minimal fərqi (məsələn, zərərəçəkənin
bədənindəki əsil yara kanalının istiqaməti ilə güman edilən
eksperimental yaranın istiqaməti arasında 20-30 dərəcə hüdudunda
olan fərq) verilmiş şəraitdə xəsarətlərin yetirilməsinin qeyri
mümkünlüyünün sübutu kimi birmənalı və qəti şərh olunur.
Müstəntiq və ekspert bəzən bu fərqlərin nə qədər əhəmiyyətli olduğu
barədə heç düşünmürlər. Çox hallarda istintaq eksperimenti
nəticələrini qiymətləndirmək üçün, ehtimal nəzəriyyəsinin riyazi
aparatından istifadə etmək olmaz. Belə qeyri-müəyyən hallarda
təcrübələri təkrarlamaq, onların keçirilmə şərtlərini dəyişmək,
minimal yol verilən şəraitlərdə hadisəni yenidən qurmağa cəhd etmək
lazımdır. Müstəntiqlə razılaşdırıldıqdan sonra eksperiment
iştirakçılarının diqqətini onların ifadələrinin məhkəmə-tibb ekspertiza
məlumatları ilə ziddiyyət təşkil etməsi və ya hissəvi uyğunsuzluğuna
yönəltmək və onlara bu ziddiyyətləri özlərinin izah etmələrini təklif
etmək lazımdır. Bəzən mütəxəssislərin şəxsi, peşəkarlıq təcrübəsinə,
|