Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə275/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   271   272   273   274   275   276   277   278   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

273



FƏSİL 10. MÜQAYİSƏLİ TƏDQİQAT ÜÇÜN 

NÜMUNƏLƏRİN GÖTÜRÜLMƏSİ 

 

10.1. «Nümunələr» anlayışı və 

onların götürülməsinin prosessual əsasları. 

 

Məhkəmə tibbi təcrübədə laboratoriyalarda fəaliyyət göstərən – 



biologiya, genetika, kimya, tibbi kriminalistika, histologiya, 

identifikasiya, sitologiya, biokimya şöbələr və bölmələrində çalışan 

ekspertlərinin təcrübəsində nümunələrlə işləmək əsas yer tutur. CPM-

yə və onun kommentariyalarına müraciət etdikdə, orada nümunələrin 

müxtəlif xarakterdə, o cümlədən də  təbii (bioloji) və süni mənşəli 

olması barədə  məlumat olduğunu görə bilərik. Məhkəmə tibbi 

laboratoriyalarda qan, tük, diş, ifrazat (ağız suyu, öd, sidik, sperma, 

uşaqlıq yolu ifrazatı  və s.), meyit orqan və toxuması mayelərinin 

müayinələri aparılır. Qeyri bioloji nümunələrə - suda boğulmaya 

şübhə olduqda meyitlərin tapıldığı su hövzələrinin su nümunəsi və 

yanğın yerlərində meyit tapılan yerdən götürülmüş kül nümunəsi, 

paltar, sursat, partlayış qurğuları, zəhərlənməyə  şübhəli maddələr, 

meyitin tapıldığı yerdən torpaq nümunələri, meyitin yandırılmasında 

istifadə olunan yanacaq, foto və rentgen şəkilləri  aid ola  bilər. 

Maddi sübutların məhkəmə tibbi ekspertiza qaydalarında qan 

nümunəsini götürmək mümkün olmadıqda nümunə kimi meyitin 

yumşaq toxuması, dırnaq və sümüklərinin götürülməsi tövsiyə 

olunur.  

«Nəzarət » və «etalon» nümunələr anlayışı da geniş yayılmışdır. 

Bütün bu göstərilənlər nümunələrin nə  qədər müxtəlif olmasını  və 

onların ekspertiza üçün olan əhəmiyyətini sübut edir. 

Bununla belə, son vaxtlara qədər qanunvericilikdə, 

kriminalistikada və  məhkəmə tibbi təcrübədə «nümunələr» anlayışı, 

onun ekspertiza obyektləri arasında yeri barəsində vahid fikir yoxdur. 

Nümunələr, maddi sübutlar, izlər və  sınaq nümunələri anlayışları 

arasında fərq də aydın göstərilməmişdir. 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   271   272   273   274   275   276   277   278   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin