Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə277/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   273   274   275   276   277   278   279   280   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

275



ekspertizanın icra olunub rəy verilməsi üçün zəruri obyektdir. Alınma 

mənbəyi və prosessual üsullara əsasən, ekspert müayinəsi üçün lazım 

olan nümunələr iki əsas qrupa bölünür: 

1. canlı  şəxslərdən – prosesin konkret iştirakçısından, yəni 

şübhəli, təqsirləndirilən, zərərçəkmiş  şəxslərdən və ya şahidlərdən 

götürülən müqayisə nümunələri

2. mənbəyi maddi sübutlar, sənədlər və ya prosessual statusu 

olmayan obyektlər (meyitlər, hadisə yeri, heyvanlar) olan müqayisə 

obyektləri. 

Birinci halda nümunələr CPM-nə müvafiq olaraq, yəni müstəqil 

istintaq hərəkəti gedişində götürülür və «müqayisəli  tədqiqat üçün 

nümunələrin götürülməsi» adlanır.  İkinci halda isə digər prosessual 

hərəkətlər «baxış, axtarış, məhkəmə ekspertizasının aparılması» 

gedişində götürülür. CPM proses iştirakçılarından nümunələrin 

alınmasını onların qanuni hüquq və azadlıqlarının qorunmasının 

həyata keçirilməsini təmin edir. Canlı  şəxslərdən nümunələr 

alındıqda müstəntiq ayrı qərar tərtib edir. Qərar onu icra edən şəxslər 

üçündür. Qərarda göstərilir: 

1. nə ilə əlaqədar nümunələr götürülür

2. hansı məsələni aydınlaşdırmaq üçün nümunələr götürülür; 

3. müayinədə konkret olaraq nə götürülür; 

4. kimdən, haradan, nə zaman nümunələr alınır və alınan şəxsin 

prosessual vəziyyəti. 

Şübhəli və  təqsirləndirilən  şəxs,  şahid, zərərçəkmişlərdən 

nümunələrin alınması müstəntiqin səlahiyyətindədir. Nümunələrin 

alınması müstəntiqin hüququdur, lakin vəzifəsi deyil. Əgər qarşıya 

qoyulan sualları nümunələrin alınması olmadan həll etmək olarsa, bu 

prosessual hərəkət icra olunmaya bilər (məsələn, müqayisəli tədqiqat 

qan qrupu haqqında arayışa əsasən aparıldığı halda).  

Qanun cinayət işinin bəzi iştirakçıları barəsində müqayisəli 

tədqiqat üçün nümunələrin götürülməsində müstəntiqin hüququnu 

məhdudlaşdırır, məsələn, zərərçəkmiş  və  şahidlərdən məcburi halda 

nümunələrin alınması yalnız hadisə yerində maddi sübutlarda olan 

ləkələrin onlara məxsus olmasını yoxlamaq məqsədi ilə alınır. Canlı 

şəxslərdən nümunələr tibb idarələrində  həkim tərəfindən və  həmin 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   273   274   275   276   277   278   279   280   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin