Şakir Musayev
278
Göstərilən nümunələrin məhkəmə tibbi laboratoriyaya göndərilməsini
ekspertizanı təyin etmiş şəxs təmin etməlidir. Təəssüflər olsun ki,
qanunun bu tələbinə həmişə əməl olunmur. Ekspert çox zaman
obyektlərin götürülməsi barəsində öz vəzifəsini yerinə yetirməklə
bərabər onların bükülüb laboratoriyaya göndərilməsi vəzifəsini də
üzərinə götürür. Adətən bu müstəntiqə kömək, obyektin göndərilməsi
müddətinin tezləşdirilməsi ilə izah olunur. Göstərilən iş xoş məramla
edilsə də, obyektin mənşəyinin düzgünlüyü barədə şübhələrə və
nəticədə məhkəmədə onların sübut əhəmiyyətinin inkar olunmasına
səbəb ola bilər. Bu məsələ isə kompleks ekspertiza təyin edilməsi ilə
həll oluna bilər. Sözsüz ki, meyitlərin məhkəmə tibbi müayinəsi
kompleks xarakteri daşıyır və meyitlərin müayinəsi ilə birlikdə
özündə ondan alınmış bioloji materialların müayinəsini də birləşdirir.
Əlbəttə, məhkəmə kimyəvi şöbəyə göndərilən toxuma, orqan və ya
mikroskopik tədqiqatlar buraya aid edilmir. Çünki, onlar müqayisəli
tədqiqat və identifikasiya məqsədlə deyil, yalnız diaqnostik məqsəd
üçün götürülür və onlara prosessual mənada «nümunə» kimi baxmaq
olmaz.
Məhkəmə tibbi ekspertiza bitdikdən sonra nümunələr ekspertizanı
təyin etmiş şəxsə, orqana göndərilir və ya müəyyən müddətdə ekspert
idarəsində saxlanılır.
|