Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə264/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   260   261   262   263   264   265   266   267   ...   516
 

Şakir Musayev  

 

262



həqiqi baş verdiyi yerdə aparılmalıdır. Canlandırılan vəziyyət bütün 

iştirakçılar üçün nə  qədər  əyani olsa, məhkəmənin, istintaq 

hərəkətinin nəticəsinin sübutedici əhəmiyyətini tanınacağına ehtimal 

o qədər çox olur. 

İfadəsi yoxlanılan  şəxsə tam sərbəstlik verilir. Ekspertin 

müdaxiləsinə minimal hüdudlarla yol verilir. Məsələn, dindirilən 

şəxsin diqqətini işin mahiyyətinə yönəltmək, ifadələrində 

mütəxəssisin fəaliyyət predmeti və ya istintaq hərəkəti predmetinin 

çərçivəsindən kənara çıxan, yaxud onunla birbaşa  əlaqəsi olmayan 

hallarda. 

İstintaq hərəkətinin təbii inkişafına və ya 

səhnələşdirilməsinə yol vermək olmaz.  

İstintaq hərəkətinin gedişini müstəntiqlə razılaşdırdıqda, ekspert 

digər iştirakçılara asılı olmayaraq təsir edir. Onun iştirakçılara qarşı 

hərəkətləri və sualları insanların yaddaşında hadisələrin bərpasına 

şərait yaradır. Bəzən də onların fantaziyalarının və  xəyallarının 

aktivləşməsinə  səbəb olur. İfadələr yoxlanılan zaman şahidə yaxud 

digər iştirakçıya ifadələrində aşkar ziddiyyət və ya ifadələrin ekspert 

məlumatları ilə uyğunsuzluğunu bildirmək olmaz. Danışıq bitdikdən 

sonra ekspert müstəntiqin icazəsi ilə  əlavə  və ya yoxlayıcı suallar 

verə bilər, ifadələri dəqiqləşdirməyi, hərəkətləri bir daha nümayiş 

etdirməyi təklif edə bilər. Suallar başlıca olaraq, təhlil olunacaq 

hallara aid olan daha mahiyyətli, ziddiyyətli anlara toxunmalıdır. Bu 

suallar və alınan cavablar qeydə alınaraq şərait dəyişdirilir, sınaqların 

şərtləri düzəldilir, eksperiment iştirakçıları əlavə açıqlamalar verir və 

öz hərəkətlərini təkrar canlandırırlar və sair.    

Dəyişdirilmiş  şəraitlərdə  təcrübələrin dəfələrlə keçirilməsi, 

əyaniliyi təmin edir, qanunauyğun və inandırıcı  nəticələrin 

alınmasına zəmanət verir, bütün iştirakçılar tərəfindən onların 

qavranmasını asanlaşdırır.  

Ekspert istintaq hərəkəti gedişinə müdaxiləsinin hüdudlarını 

müəyyən edərkən həqiqətdə baş verən hadisə ilə modelləşdirilən 

hadisənin tam oxşarlığını  əldə etmək kimi vəziyyətlərdən və ya 

əksinə sadə vəziyyət quruluşları yaratmaq, ilk baxışda ikinci dərəcəli 

detal və  fərqlərə etinasızlıq göstərməkdən uzaq olmalıdır. Birinci 

halda  əsas,  əhəmiyyətli xarakteristikaları görməmək, ayrı-ayrı 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   260   261   262   263   264   265   266   267   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin