Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə260/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   256   257   258   259   260   261   262   263   ...   516
 

Şakir Musayev  

 

258



həddən artıq müxtəlifliyindən ibarətdir. Yuxarıda məhkəmə 

həkiminin eksperimentdə iştirakı üçün cəlb edilməsinin yalnız ümumi 

səbəbləri və onun fəaliyyətinin mümkün ola bilən istiqamətləri 

göstərilmişdir. Eyni növ və eyni məqsədlə eksperimentin keçirilmə 

şərtləri müxtəlif və çoxvariantlı ola bilər. Hər bir eksperimental 

modeli qurarkən, real istintaq olunan hadisələr haqda bütün 

məlumatları  nəzərə almaq mümkün olmadığı kimi, məhkəmə-tibb 

ekspertinin eksperimentin hətta bir növünə  tətbiq olunan 

hərəkətlərinin gedişini və  məzmununu ardıcıl  şərh etmək praktik 

olaraq mümkün deyildir.  

Bir sıra ümumi qaydalara riayət edilməsi mütəxəssis işini 

nizamlamaqla, məqsədəyönlü edər və bütün istintaq hərəkətinə 

sistemli xarakter verə bilər. Sistemli yanaşma istintaq hərəkətinin elə 

təşkilini təklif edir ki, bu vaxt təhlil olunan vəziyyət, onu təşkil edən 

bütün  şərait və hallarla vahid birlik kimi baxılır və onlar arasında 

qarşılıqlı  əlaqə xarakterini mütləq yaratmalıdır. Aşağıda sadalanan 

qaydalar cinayət prosessual qanunvericiliyin məzmunundan yaranır 

və ekspert təcrübəsi ilə təkmilləşdirilmişdir.   

-- iş üzrə keçən bir-neçə  şəxsin ifadələrinin eyni vaxtda 

yoxlanılmasına yol   verilmir; 

-- istintaq eksperimenti (ifadələrin yoxlanılması) təşkili 

mərhələlər üzrə qurulur; 

-- istintaq hərəkəti istintaq olunan hadisədə olduğu şərtlərlə və ya 

reallığa maksimum yaxın şəraitdə keçirilməlidir; 

-- obyektiv faktiki məlumatlara  əsaslanmış bütün istintaq 

versiyaları və ekspert ehtimalları yoxlanmalıdır; 

-- eksperiment hər bir yoxlanılan variant üzrə ayrılıqda keçirilir; 

-- təcrübələr dəfələrlə  təkrar edilir, bu da eksperiment 

nəticələrinin qanunauyğunluğunu təsdiq etməyə  və onları 

təsadüflərdən qorumağa imkan verir; 

-- eksperimentin gedişi və  nəticələri texniki vasitələrdən istifadə 

etməklə istintaq hərəkəti protokolunda ətraflı təsbit edilir; 

-- mütəxəssisin istintaq hərəkəti gedişinə müdaxiləsi yalnız 

müstəntiqin icazəsi ilə yol veriləcək haldır. 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   256   257   258   259   260   261   262   263   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin