Şakir Musayev
254
həkiminin istintaq eksperimentində iştirakı məqsədəuyğundur: -
bioloji toxumaların bu üsulla alınmış eksperimental zədələri, metal
növünü ayırd edərkən müqayisəli tədqiqatlarda və cərəyandaşıyıcı
naqilin identifikasiyası məqsədilə metallaşma topoqrafiyasında
istifadə edilir. Eksperiment mühəndis-elektrikin, istehsalat travması
hallarında isə təhlükəsizlik texnikası üzrə mütəxəssisin mütləq
iştirakı ilə keçirilir.
Hər-hansı bir təzahürün mümkünlüyünün müəyyən edilməsi üzrə
- meyitin təbii dağılmasının bioloji proseslərinin, entomofaunanın
inkişafı proseslərinin və s. modelləşdirilməsi - istintaq
eksperimentinin daha bir variantı vardır. Bu üsulla aşağıdakı
məsələlərin həlli üçün zəruri olduqda məlumatlar əldə edilə bilər:
müəyyən yerdə və müəyyən vaxt ərzində bu və ya digər meyit
əlamətlərinin inkişaf mümkünlüyünü qeydə almaqla ölümün nə vaxt
baş verməsi haqda, meyitin tapıldığı yerdə qalma müddəti haqda,
meyitin yerinin dəyişdirilməsi faktını təyin etmək üçün.
Biomanekenlərdən istifadə etməklə aparılan təcrübələrlə meyitin
çürüyüb dağılması prosesində bu və ya digər növ həşəratların
törənməsi mümkünlüyünü yoxlamaq və mühitin konkret şəraitlərində
meyit toxumalarının ölümdən sonrakı dağılmasının tipik və qeyri-
tipik inkişafını göstərən məlumatları almaq olar. Həmin məsələlərin
həllində istintaq eksperimentinin imkanlarından istifadəsi daha çox
aktual olduğundan, bu məqsəd üçün irəli sürülən bir çox elmi
məlumatlar müxtəlif səbəblərdən ekspert praktikasına daxil edilə
bilmir.
Ölümün nə vaxt baş verməsinin məhkəmə-tibbi təyini üçün bəzi
alimlər mühitin təbii şəraitində meyitin dağılma proseslərinin
modelləşdirilməsini keçirməyi və prosesləri müəyyən edən amilləri
öyrənməyi təklif etmişlər. Onların təklif etdiyi metodikaya müvafiq
müstəntiq eksperimental «laboratoriya» təşkil edir. Bu laboratoriya
müəyyən sahəni və şəhərdən kənar qorunan zonada su hövzəsini,
bitki örtüyünü və faunanı özündə birləşdirir, meteoroloji faktorlar isə
qeydiyyata və analizə məruz qalırlar.
|