Şakir Musayev
250
gizlətmə vasitəsi və s.
kimi)
İzlərin gizlədilmə
üsulları
Paltarların çıxarılma
üsulları və zədələri
Xüsusi bilik (vərdiş)
əlamətləri
Cədvəlin quruluşu istintaq hərəkətləri gedişində (dindirmə,
tanınma, istintaq eksperimentləri, yoxlamalar və s.) və ekspert yolu
ilə alınmış məlumatların, işin digər materialları ilə tutuşdurulması
imkanını nəzərə alır. İstintaq variantları müqayisəsinin məhkəmə-
tibbi meyarlarını qaydaya salmağa imkan verir. Cinayətin törədilmə
üsullarının oxşarlıq və ya fərqlənmə əlamətlərini aşkar etməkdə
müstəntiqin işini asanlaşdırır.
İstintaq eksperimentinin üçüncü növü - hər-hansı hadisənin və ya
prosesin, onun zərərçəkənə təsiri şəraitinin və nəticəsinin təyin
edilməsi və ya mümkünlüyünün yoxlanılmasıdır. Burada hadisə
iştirakçılarının münasibətindən asılı olmayan hadisənin prinsipial
mümkünlüyündən danışılır. Bir qayda olaraq, yoxlama keçirilməsi
zəruri olan konkret şəraitlər ya əvvəlcədən məlum olur ya da istintaq
tərəfindən fərz edilir. Bu zaman həll olunan məsələlərin variantları
aşağıdakılardır:
hər hansı bir zədətörədici amilin - mexaniki, termiki, kimyəvi,
elektrik, barometrik, akustik, optik, radioloji, bioloji -- mövcud
olması mümkünlüyünün yoxlanılması və onun mahiyyət və
mənbəyinin təyini;
öyrənilən təzahürün xarakteristikasının dəqiqləşdirilməsi və
yoxlanılması (məsələn, binanın temperatur rejimi, elektrik
cərəyanının dövrədə şiddəti və gərginliyi, səs-küy səviyyəsi, işıq
şüasının parlaqlığı, mühitin kimyəvi tərkibinin dəyişilməsi
Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
251
parametrləri, texnoloji qəzalar nəticəsində zəhərli maddələrin
havada, suda və torpaqda yayılması xüsusiyyətləri);
göstərilən amillərin insan orqanizminə təsirlərinin mümkün ola
biləcək mənfi nəticələrinin müəyyən edilməsi -- karlaşma, kor
olma, huşun pozulması, hamiləliyin pozulması, xəsarətlərin
törənməsi, patoloji reaksiyaların, bədəndə geridönməz
dəyişikliklərin inkişafı və ya ölümün baş verməsi və sair.
Sadalanan hər üç məsələ, bir qayda olaraq, kompleks həll olunur.
Bu cür istintaq eksperimentlərinin keçirilməsinə məhkəmə həkimi o
halda cəlb edilir ki, güman edilən faktor -- yüksək və ya aşağı hərarət,
elektrik cərəyanı, toksiki maddələr, təbiət və iqlim şərtləri və ya
digərləri -- insan orqanizminə mənfi təsir göstərmişdir və ya göstərə
bilər, hansı vasitə ilə meyitin vəziyyətinə və digər bioloji obyektlərə
təsir etmişdir. Müstəntiqə təsir faktlarını təsdiq etmək, onun
xarakterini, şəraitini və ehtimal olunan nəticəsini müəyyən etmək
lazımdır. Çox vaxt, müxtəlif xarici faktorların insan orqanizminə təsir
etdiyi hadisələr təsadüf nəticəsində törənir; Məsələn, məişətdə və
istehsalatda bədbəxt hadisələr zamanı, tək-tək hallarda isə cinayətkar
tərəfindən xəsarətlər yetirmək və ya cinayət izlərini gizlətmək
məqsədilə istifadə edildikdə. Cinayətin gizlədilməsi məqsədilə
ölümün baş vermə şəraitinin «səhnələşdirilməsi»nə şübhə yarandığı
üçün istintaq eksperimenti gedişində məsələ dəqiqləşdirilə bilər.
Xarici zədətörədici amillərin mövcud olması faktını, onların insan
orqanizminə təsirinin konkret şərt və nəticəsini müəyyən etmək
istintaqın birinci dərəcəli vəzifəsidir. Bu məsələnin həlli cinayət
hadisəsinin sübut edilmə
əsasında və onun hüquqi
qiymətləndirilməsindədir.
Bəzən məhkəmə-tibb ekspertinin təcrübəsində elə hallara rast
gəlinir ki, bütün xüsusi tədqiqatların keçirilməsinə baxmayaraq
xəsarətlərin törənmə səbəbi, xəstəliyin inkişafı və ölümün nədən baş
verməsi aydınlaşmır. İstintaq tərəfindən istehsalat (məişət) travması
və ya zəhərlənmənin mümkünlüyü güman edilir. Bu halda zədə-
törədici faktorun özünün təyini, travma (zəhərlənmə) və ya ölümün
baş vermə şəraitinin qiymətləndirilməsi üçün ölümün baş vermə
şəraitinin modelləşdirilməsi, istehsalat mexanizmlərinin və texnoloji