Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
245
və hadisənin real şəraitinə maksimum dərəcədə uyğun gələn
əvvəlcədən hazırlanmış şəraitdə, müxtəlif fiziki inkişaf səviyyəsi və
ya xüsusi hazırlığı olan bir neçə statistə növbə ilə müəyyən hərəkətlər
etməyi təklif edir. Statistlərdən biri öz fiziki inkişaf parametrləri və
ya digər əhəmiyyətli xarakteristikaları üzrə təqsirləndirilən (şübhəli)
şəxsə uyğun olmalıdır. Eksperimentin nəticələri ilə müəyyən hərəkəti
etmək üçün insanın malik olmalı fiziki bacarığının minimal həddi
müəyyən edilir və təqsirləndirilən şəxsin fiziki inkişafının səviyyəsi
ilə müqayisədə daha çox ehtimallı variantlardan biri seçilir.
Silahsız adam tərəfindən törədilmiş travma hallarında travmanın
törənməsi üçün lazım olan energetik parametrləri (onun həcmini
xarakterizə edən əlamətlər üzrə) konkret şəxsin maksimal energetik
imkanları ilə tutuşdurmaq lazımdır. Bu məsələ də istintaq
eksperimentinin prosessual çərçivəsində mütəxəssisin cəlb edilməsi
ilə həll edilə bilər.
İnsanların ekstremal stress vəziyyətlərində etdikləri hərəkətlər
barədə çox sayda faktları unutmaq olmaz. Adi vəziyyətlərində
insanlar həmin hərəkətləri yenidən edə bilmirlər. Əgər insanın fiziki
imkanlarının yoxlanılması hadisə yeri mühitinin yenidən qurulmasını
tələb etmirsə, məsələ müayinə aparmaqla həll edilə bilər.
İstintaq eksperimenti gedişində insanın peşəkar bilik və təcrübəsi,
o cümlədən cinayət fəaliyyəti səriştəsi yoxlanıla bilər. Xüsusən də bu,
silsilə cinayətlərə aiddir. Belə hallarda təqsirləndirilən şəxs
xəsarətlərin yetirilmə üsulu və mexanizmini nümayiş etdirir, onun
hərəkətlərində kriminal «dəsti-xətt»in təyin edilməsi istintaq və
məhkəmə üçün mühüm sərbəst sübuti əhəmiyyət kəsb edir. Məhkəmə
həkimi istintaqın digər iştirakçılarından fərqli olaraq xəsarətlərin
yetirilmə mexanizminin detallarını daha yaxşı bilir. Mütəxəssis bir
neçə meyit olan cinayət hadisələrində, iş üzrə artıq icra olunmuş
çoxsaylı ekspertiza nəticələrini təhlil edərək ümumiləşdirmək,
istintaq eksperimentinin keçirilmə şərtlərinin ekspert nəticələri ilə
uyğun gəlməsinə nəzarət etmək imkanına malik olur. Silsilə
cinayətlərin istintaqında məhkəmə-tibb ekspertinin istintaq
eksperimentinə cəlb edilməklə xüsusi biliklərdən istifadənin bu
formasının effektivliliyi xüsusi əhəmiyyət kəsb edir.
|