Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə249/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   245   246   247   248   249   250   251   252   ...   516
 

Şakir Musayev  

 

244



Əvvəlcədən hazırlanmış  şəraitdə insanın konkret hərəkətləri 

yerinə yetirə bilməsi imkanının müəyyən edilməsinə dair eksperiment 

bir qayda olaraq, müstəntiqdə bunun mümkünlüyünə  şübhə 

yarandıqda keçirilir. Eksperimentin keçirilməsinə    səbəb bu və ya 

digər hərəkəti yerinə yetirərkən insanın daşıya biləcəyi fiziki ağırlığın 

həddən artıq olması  və  həmin ağırlığın bədənin anatomik və 

konstitusional xüsusiyyətlərinə uyğun gəlməməsidir; Məsələn, 

insanda hər-hansı anatomik  defektlərin, xəstəliyin olması, xüsusi 

fiziki hazırlığın olmaması. Şübhələrə səbəb insanın fiziki imkanlarını, 

hərəkətlərin həcmini və digər halları  məhdudlaşdıran yaşı da ola 

bilər.  

Məhkəmə-tibbi təcrübənin predmetinə aid edilən  şəxsin konkret 

hərəkətlər edə bilməsi - müəyyən yük qaldırması, məhdud vaxt 

ərzində müəyyən məsafəyə qaçması, hər hansı bir aləti tətbiq edə 

bilməsi, həmin alətlə müəyyən qüvvə ilə  zərbə vurması,  öz-özünə 

xəsarət yetirməsi və ya hadisə yerinin konkret şəraitində digər yolla 

travma törətməsi bu yolla yoxlanılır. Bu növ istintaq eksperimentinin 

gedişində insanın özünü asmaq və ya özünü boğmaq imkanı barədə 

obyektiv məlumatlar almaq olar. Bəzi hallarda istintaq eksperimenti 

ölümün növü haqda variantın yoxlama üsulu ola bilər.  

Xəsarətlərin  əmələgəlmə mexanizminin yenidən qurulması bu 

növ istintaq hərəkətini yuxarıda şərh edilənlərlə yaxınlaşdırır. Lakin, 

burada məqsəd istintaq olunan hadisənin (fakt, təzahür)  şəraitini 

yoxlamaq deyil, hadisədə konkret şəxsin iştirakının mümkünlüyünün 

eksperimental əsaslandırılması və hər hansı bir hərəkəti onun özünün 

yerinə yetirə bilməsi sualının həllidir.  

Təbii ki, belə eksperimenti bacarığı yoxlanılacaq  şəxsin iştirakı 

olmadan keçirmək mümkün deyil. Onu statist əvəz edə bilməz. 

Məhkəmə  həkimi burada eksperimentin keçirilməsinin mütləq 

şərtlərinin yerinə yetirilməsinə, eksperimentin nəticələrini düzgün 

qəbul etməyə imkan verən müqayisə meyarlarına riayət edilməsinə 

nəzarət edir.  

Hadisənin həqiqi iştirakçıları ilə eksperiment keçirmək mümkün  

olmadıqda, (şübhəli və ya təqsirləndirilən  şəxs istintaq hərəkətində 

iştirak etməkdən imtina etdikdə) müstəntiq, mütəxəssisin iştirakı ilə 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   245   246   247   248   249   250   251   252   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin