Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə251/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   247   248   249   250   251   252   253   254   ...   516
 

Şakir Musayev  

 

246



Bir başa sübutların kifayət qədər olmaması  və maddi sübut 

bazasının çatışmamazlığı ilə müşahidə olunan cinayətlərin 

təhqiqatında istintaq ittiham nəticəsinin  əlavə  əsaslandırılmasını 

cinayətin törədilmə üsulunun analogiyasının müəyyən edilməsində 

görür. Məhkəmə-tibbi ekspertiza və istintaq hərəkətlərinə ekspertin 

cəlb edilməsi bu zaman ümumi xüsusiyyətlərin, keyfiyyət və ya 

kəmiyyətcə oxşarlığın, yaxud əksinə, bədən xəsarətlərinin 

fərqliliyinin (xarakteri, lokalizasiyası, morfologiyası, törənmə 

mexanizmi, həyatiliyi və müddəti və s.) və cinayət barədə tibbi və 

bioloji məlumat daşıyan digər  əlamətlərin aşkarlanması  məqsədini 

daşıyır.  

Təcrübə göstərir ki, silsilə cinayətlər barədə cinayət işləri üzrə 

istintaq eksperimentinin və ifadələri yoxlanılmasının keçirilməsi, 

məhkəmə-tibb eksperti işinin təşkili və taktikası baxımından 

müəyyən xüsusiyyətlərlə xarakterizə olunur. Bu xüsusiyyətlər 

içərisindən aşağıdakıları ayırmaq olar: 

-- hər bir istintaq olunan epizod üzrə yoxlama keçirilir (cinayətin 

«silsilə» xarakteri - bir qayda olaraq, seriyalı istintaq eksperimentləri 

keçirilməsi zərurətinə səbəb olur); 

-- hər bir epizod çərçivəsində əsas istintaq variantları və cinayət 

iştirakçılarının (cinayət qrupu üzvlərinin) ifadələri ayrı-ayrılıqda 

yoxlanılır; 

-- yaranan istintaq-ekspert vəziyyətindən asılı olaraq, eksperiment 

ardıcıl olaraq cinayətkar qrupun hər bir iştirakçısı ilə - onların 

ifadələrində ziddiyyət olduqda və ya ziddiyyəti aşkar etmək zərurəti 

yarandıqda, yaxud eyni vaxtda qrupun bir neçə üzvü və ya qrupun 

bütün iştirakçıları ilə - onların ifadələri uyğun gəldikdə keçirilə bilər 

(bu ifadələrin yoxlanılmasına aid deyil çünki, eksperiment ifadəsi 

yoxlanan hər bir şəxslə ayrılıqda keçirilir); 

-- qrupun müxtəlif iştirakçıları ilə bir versiyanın yoxlanılmasında 

eksperimentin eyni metodikasından - alətin eyni və ya analoji 

maketindən, eyni statistlərdən istifadə edilməli, hərəkətlərin 

canlandırılması ardıcıllığı, mühit eyni olmalıdır və sair. (yəni, 

təcrübələrin nəticələrinin müqayisəsinin ümumi meyarlarına  əməl 

olunmalıdır); 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin