Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə254/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   250   251   252   253   254   255   256   257   ...   516
 

Şakir Musayev  

 

252



proseslərin işə salınması tələb oluna bilər. Prosessual qanunlara riayət 

və istintaqın obyektivlik tələbi nöqteyi-nəzərincə bunu istintaq 

eksperimenti  şəraitində yerinə yetirmək daha optimaldır. Zərurət 

yaranarsa laborator müayinələr üçün hava, su, torpaq, istifadə olunan 

xammal, hazır məhsul, istehsalat tullantıları  və ya digər obyekt 

nümunələri götürülür. Bu məqsədlə, real hadisə mühitinə maksimum 

yaxın  şəraitdə laborator heyvanlar üzərində bioloji təcrübələr 

keçirmək olar. 

Məhkəmə-tibb eksperti belə hallarla meyit olmadıqda, hissəvi və 

ya bütünlüklə məhv edildikdə və ya gizlədilib, tapılmadıqda rastlaşır. 

Əgər qətl faktı digər sübutlarla müəyyən edilmişsə  və  xəsarətlərin 

yetirilmə üsulu, istifadə olunmuş alətlər və ölümün digər halları 

barədə iştirakçı və ya şahidlərin ifadələri varsa, məhkəmə həkiminin 

iştirakı ilə ifadələrin yoxlanılması  və ya istintaq eksperimentinin 

keçirilməsi, zədətörədici amilin mümkün ola bilən növü, mərhumun 

bədənində  xəsarətlərin xarakteri və ölümün ehtimal olunan səbəbi 

barədə obyektiv məlumatların alınmasında yeganə prosessual vasitə 

ola bilər.  

İnsanın travma aldığı  və ya öldüyü şəraitin məlum olmasına 

baxmayaraq, onların yoxlanılması  tələb edilərsə, istintaq 

eksperimentinin keçirilmə metodikası və məzmunu güman edilən və 

yaxud artıq istintaqa məlum olan zədətörədici amilin xarakterindən 

asılıdır. Mexaniki təsir hallarında məhkəmə-tibb ekspertinin iştirakı 

ilə istintaq eksperimenti keçirilməsi yolu ilə konkret alətdən istifadə 

edilməklə insanda xəsarətin yaranması mümkünlüyünü yoxlamaq və 

bunun üçün lazım olan şərtlərin - qüvvə, təsir istiqaməti və s. 

müəyyənləşdirmək olar. Məhkəmə-tibbi təcrübədə, digərləri ilə 

müqayisədə, bu istintaq eksperimentinin daha nadir növüdür. Buna 

bənzər sualların bir çoxu ekspertiza və ekspert eksperimentləri 

keçirilməsi yolu ilə  həll edilir. İstintaq eksperimentinin hazırlıq 

mərhələsində xüsusi tədqiqatlara ehtiyac olmadıqda, məhkəmə 

həkiminin fəaliyyəti məsələlərin, təcrübələrin keçirilmə  şərtlərinin 

dəqiqləşdirilməsi üzrə müstəntiqə  məsləhətlər verməklə  məhdudlaşa 

bilər.  İstintaq hərəkəti gedişində isə bu şərtlərə yerində riayət 

olunmasına nəzarət etməklə ona köməklik göstərir. Oxşar hallarda, 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   250   251   252   253   254   255   256   257   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin