Şakir Musayev
260
yoxlanılmağa məruz qalan, gumanedici məlumat və ya ifadələrdən
istifadə olunur. Təbii təbiət amilləri ilə bağlı istintaq hərəkətinin
keçirilməsi üçün müəyyən yer, gün və ya ilin vaxtı, hava şəraiti
seçilir, hava haqqında məlumat almaq məqsədilə müvafiq qurumlara
sorğu verilir. Hər bir vaxt şəraitinin maksimal dəqiq, təhrif
olunmamış canlandırılması, cinayət törədilən zaman hadisə yerində
olan şəraitə oxşar bir şəraitin yaradılmasını əldə etmək lazımdır
(detallıqla rekonstruksiyası həmişə tələb olunmur). Sınaqlar
qoyulmamışdan qabaq hadisə yeri şəraitinin istintaq hərəkətindən
əvvəl olduğu vəziyyət yenidən qurulmanın gedişi və bərpadan sonra
foto və ya video çəkilişlə fiksə olunur.
İstintaq eksperimentinin ilkin mərhələsinin digər vacib anlarından
biri də statistlərin seçilməsidir. Məhkəmə-tibb eksperti statist roluna
təklif edilən şəxslərin hadisənin, əvəz edəcəkləri həqiqi iştirakçılarına
nə dərəcədə uyğun olmalarını yoxlamaqda müstəntiqə köməklik
göstərir. Yoxlama yaş, boy, bədənin çəkisi və ölçüləri, bədən
quruluşu, fiziki inkişaf, əzələ qüvvəsi, ətraflarda hərəkət həcmi,
sağlamlıq vəziyyəti, görmə, eşitmə üzrə və ya istintaq
eksperimentinin məqsədi və vəzifəsindən asılı olaraq digər əlamətlər
üzrə keçirilir. Statistlərin bu barədə şifahi məlumatlarını kifayət qədər
hesab etmək olmaz. Onlar mütləq qaydada müayinə olunmalıdırlar.
Müayinə məlumatları istintaq hərəkətinin protokoluna daxil
edilməlidir.
Statistin paltarında xəsarətin lokalizasiyasını, sahəsini və
qarşılıqlı yerləşməsini göstərən işarələr qoymaq olar, ancaq həmin
işarələr gözə çarpmamalı və istintaq hərəkətinin digər iştirakçılarına
gizlicə xəbər kimi xidmət etməməlidir.
Eksperimentə başlamazdan əvvəl müstəntiq və ekspert lazım
olduqda iştirakçıların hərəkətləri, yerləşmələri və təhlükəsizlik
qaydalarına riayət etmələri barədə təlimatlandırılır.
Mühitin rekonstruksiyası - istintaq eksperimentinin və ya
ifadələrin yoxlanılmasının məqsədi eləcə də prosessual hərəkətin
məzmunu bununla məhdudlaşmır. Bu yalnız versiyaların istintaq
yoxlamasının mütləq şərtidir. Daha vacib mərhələ - cinayətin
bilavasitə iştirakçılarının izahatı, təqsirləndirilən şəxsin (şübhəli
|