Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
259
İfadələrin yoxlanılmasının təşkilinə prosessual tələblərindən biri
də ifadəsinin dəqiqləşdirilməsi tələb olunan hər bir şəxslə onun ayrı-
ayrılıqda keçirilməsinin zəruriliyidir. Bu, cinayət iştirakçılarının
ifadələrində ziddiyyəti müəyyənləşdirməyə və obyektiv yoxlamağa
cəhd etməklə diktə olunur.
Digər ümumi taktiki qayda - istintaq eksperimentinin bütövlükdə
və təcrübələrin ayrı-ayrı etaplı keçirilməsidir. Eksperimentin
keçirildiyi yerə gələn müstəntiq əvvəlcə CPM-nin bir sıra tələblərini
yerinə yetirir. Eksperimentdə iştirak etməyə hazır olmaları haqda
iştirakçılardan sorğu keçirilir. Müstəntiq onlara prosessual hüquq və
vəzifələrini izah edir, istintaq hərəkətinin məqsədini və onun
keçirilmə qaydalarını bildirir. Mütəxəssisi vəzifələrindən imtina
etməyə və ya boyun qaçırmağa görə cinayət məsuliyyəti daşıdığı
barədə xəbərdar edir. Qeyd olunanlar istintaq eksperimentinin
başlanğıc və ya ilkin mərhələsidir. Mütəxəssis burada texniki
vasitələrin hazırlığını yoxlayır, onlardan istifadə qaydasını, onun
keçirilməsi üçün optimal şəraiti müəyyənləşdirir. Yerə və ya sahələrə
baxışda, statistlərin müayinəsində və lazım gələrsə mühitin yenidən
qurulmasında müstəntiqə yardım edir.
İstintaq hərəkəti keçiriləcək yerə baxış zamanı, ekspert
müstəntiqlə birlikdə şəraitlə tanış olur (əgər onlar hadisə yerinə ilkin
baxışda iştirak etməmişlərsə), onun nə dərəcədə saxlanıldığı və ya
dəyişildiyini qeyd edir. Eksperimentdə istifadə olunacaq predmet və
obyektlərin yerini müəyyənləşdirməkdə müstəntiqə kömək göstərir.
Ekspert müstəntiqin diqqətini iş materiallarında təsbit edilməmiş
izlərin və halların olmasına yönəldir. Baxış keçirildikdən sonra
şəraitin yenidən qurulmasının zəruriliyi və onun rekonstruksiyasının
nə qədər dəqiq olması haqda məsələ həll edilir.
«Yenidən qurma» (rekonstruksiya) anlayışı istintaq edilən
hadisənin yenidən təkrarlanması mənasını daşımır, çünki bu cinayətin
yenidən törədilməsinə bərabər olardı. Burada eksperimentin
keçirilmə şəraitinin (şərtlərinin) yaradılması və onun ayrı-ayrı
hallarının (vəziyyətlərinin) canlandırılmasından danışılır. Bu vaxt
ilkin məlumatlar kimi, istintaqın sərəncamında olan, şübhə
doğurmayan sübut və faktlardan, xüsusi versiyaların əsaslandığı
|